top
DÇ-2026: Meksika - CAR oyununda hesab açıldı Idman.biz
12 iyun 2026, 00:51
- ↺ +

DÇ-2026: Meksika - CAR oyununda hesab açıldı

CAR millisinin Meksika ilə oyunda 9 nəfərlə qalıb.

İdman.Biz bildirir ki, 84-cü dədiqədə Themba Zvane qırmızı vərəqə ilə meydandan qovulub.

00:35

Meksika CAR-la oyunda ikinci qolu vurub.

İdman.Biz bildirir ki, 67-ci dəqiqədə Raul Himenes fərqlənib.

00:19

CAR millisi Meksika ilə oyunda azlıqda qalıb.

İdman.Biz bildirir ki, 50-ci dəqiqədə komandanın oyunçusu Yaya Sithole meydandan qovulub.

00:12

Meksika - CAR oyununda ikinci hissə başlayıb.

İdman.Biz bildirir ki, ilk yarıdan sonra meksikalılar irəlidədir - 1:0.

23:56

Futbol üzrə dünya çempionatının ilk oyununda birinci hissə başa çatıb.

İdman.Biz bildirir ki, Meksika və CAR milliləri fasiləyə birincilərin üstünlüyü ilə yollanıblar - 1:0.

23:16

Futbol üzrə dünya çempionatının ilk oyununda hesab açılıb.

İdman.Biz bildirir ki, meksikalı Xulian Kinyones 9-cu dəqiqədə topu CAR millisinin qapısından keçirib.

Beləliklə, Kinyones çempionatın ilk qoluna imza atıb.

23:06

Futbol üzrə dünya çempionatı start götürüb.

İdman.Biz bildirir ki, açılış matçında Meksika və CAR milliləri üz-üzə gəlirlər.

22:57

Futbol üzrə dünya çempionatının açılış mərasimi başa çatıb.

İdman.Biz bildirir ki, mərasimdə məşhur musiqiçilər və sənətçilər çıxış ediblər.

İfaçılardan Andrea Boçelli, Şakira, Cey Balvin, EJAE, Meksikanın "Mana" rok qrupu, aktrisa Salma Hayek açılış mərasiminə rəng qatıblar.

21:43

Futbol üzrə dünya çempionatının açılış mərasiminə start verilib.

İdman.Biz xəbər verir ki, açılış mərasimi Mexikodakı "Estadio Azteca" stadionunda keçirilir.

48 komandanın iştirakı ilə keçiriləcək dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Meksika üçüncü dəfə dünya çempionatın ev sahibliyi edir. Daha əvvəl ölkə 1970 və 1986-cı illərdə möhtəşəm yarışı qəbul edib.

09:16

Bu gün futbol üzrə 2026 Dünya Çempionatına start veriləcək.

İdman.Biz xəbər verir ki, turnirin açılış oyununda ev sahiblərindən Meksika millisi Cənubi Afrika Respublikası yığmasını qəbul edəcək. Paytaxt Mexiko şəhərində yerləşən "Mexico City Stadiumda" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.

Meksika və Cənubi Afrika millisinin yer aldığı A qrupunda Koreya və Çexiya yığmaları da var.

İlk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək dünya çempionatı üçün ümumilikdə 1248 futbolçu sifariş edilib.

Qeyd edək ki, turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:27

Jül Kunde "Sabah"la məşqdən əvvəl gecikərək Fliki narazı saldı

Futbol
Bu gün, 01:20

Bursaspor: Futbolçular üçün çətin klub, Vaqif Heydərli açıqladı

Futbol
Bu gün, 00:36

Dezire Duenin əvvəlki formasına qayıtması iki‑üç il çəkə bilər

Futbol
Bu gün, 00:20

Türam "İnter"i tərk edə bilər – Mançester Yunayted, Çelsi və PSJ maraqlanır

Futbol
Bu gün, 00:18

Əl-Nəsr

Futbol
Bu gün, 00:10

"Bayern" zədəli Keynin əvəzində Şupo-Motinqi almağı məqsədləyir

Futbol
Dünən, 23:56

Andrey Arşavin Bakıda Çempionlar Liqası matını izləmək üçün

Şahmat
Dünən, 23:56

Şahmat dünyasında Sindarov heç-heçə üçün tələsdi, Qukeş iki dəqiqə əlavə vaxt qazandı

Futbol
Dünən, 23:30

Ronaldu 987-ci qolunu vurub, 1000 qola yaxınlaşıb

Şahmat
Dünən, 23:28

Türk Şahmat Assosiasiyasının çempionatında Abasov fərqi artırdı, Beydullayeva liderliyə yüksəldi

Futbol
Dünən, 23:20

Barselonanın Azərbaycandakı rəsmi fan‑klubu matç üçün azarkeşləri topladı

Futbol
Dünən, 23:18

Barselona futbolçusu Jules Koundé Azərbaycan səfəri öncəsi PlayStation fotoşəkilini paylaşdı

Futbol
Dünən, 23:13

Kriştianu Ronaldu karyerasında 987-ci qolunu vurdu - 1000 qola 13 qol qaldı

Futbol
Dünən, 23:00

Elşad Manafov 8 ayda alman dilini öyrənərək digər futbolçulara nümunə oldu

Digər
Dünən, 22:59

Sərbəst dalış üzrə dünya rekordçusu Janin Qrasmeyer 33 yaşında vəfat edib

Futbol
Dünən, 22:57

Kriştianu Ronaldu Asiya Çempionlar Liqasında "Əl-Sədd"ə qarşı qol vuraraq karyera qollarının sayını 987-yə çatdırıb;

Futbol
Dünən, 22:55

II Liqada XIII turun təyinatları məlum oldu

Futbol
Dünən, 22:50

İngiltərə klubu Nyuklasın yeni hədəfi: Ayvan Toni

Futbol
Dünən, 22:48

Tiaqo Silva karyerasını bitirmək fikrindən daşınıb, daha bir mövsüm oynamağı planlaşdırır

Futbol
Dünən, 22:45

Barselonanın sabiq futbolçusu Deko həyat yoldaşı ilə Bakı küçələrində - FOTO

Futbol
Dünən, 22:40

"İnter" "Nyukasl"ın Espoziton 60 milyon avroya almaq təklifini rədd etdi

Futbol
Dünən, 22:31

„Nyukasl“ „Mançester Yunayted“in Tonin və Holla ilə bağlı transfer planlarını poza bilər

Qarabağ FK
Dünən, 22:20

Qurban Qurbanovun nazirlik mesajı: Sabırli olun, Qarabağ geri qayıdacaq

Futbol
Dünən, 22:16

Belarusun 272 sakini olan Dolbizno kəndinin "Niva" klubu yüksək liqaya vəsiqə qazandı

Oxşar xəbərlər