DÇ-2026-nın İspaniya və Argentina milliləri arasında keçirilən final qarşılaşmasında hissələrarası fasilə 27 dəqiqə davam edib.
İdman.Biz xəbər verir ki, musiqili proqram və səhnə avadanlıqlarının quraşdırılması səbəbindən komandalar ikinci hissənin başlamasını adi vaxtdan xeyli çox gözləməli olublar. Bəzi mənbələr fasilənin 27 dəqiqə 24 saniyə çəkdiyini bildiriblər.
"The Times" daha əvvəl FIFA-nın finaldakı hissələrarası fasiləni standart 15 dəqiqədən 30 dəqiqəyə qədər artırmağı planlaşdırdığını yazmışdı. Sonradan isə fasilənin 17 dəqiqədən çox olmayacağı açıqlanmışdı.
Fasilə zamanı Castin Biber, Madonna, Şakira və BTS qrupu səhnəyə çıxıblar. Bu, dünya çempionatlarının tarixində final matçı üçün təşkil edilən ilk genişmiqyaslı hissələrarası şou olub.