top
Daş atan futbolçuya səkkiz illik futboldan uzaqlaşdırma cəzası verildi Idman.biz
Bu gün, 16:31
- ↺ +

Daş atan futbolçuya səkkiz illik futboldan uzaqlaşdırma cəzası verildi

Ekvador Futbol Federasiyası (FEF) hakim köməkçisinin üzünə daş ataraq ona ağır xəsarət yetirən Con Mişel Perlasa Salası səkkiz il müddətinə futboldan kənarlaşdırıb.

İdman.Biz xəbər verir ki, hadisə oktyabrın 17-də "Siyudad de Yantsasa" və "Rio Aquariko" komandaları arasında keçirilən "Ascenso Nacional 2026" turnirinin qrup mərhələsinin oyununda baş verib.

Qarşılaşmanın 96-cı dəqiqəsində ehtiyat oyunçular skamyasından meydana daş atan Perlasa hakim köməkçisi Lenin Covanni Oxeda Nunyesin üz nahiyəsinə xəsarət yetirib. Nəticədə oyun yarımçıq dayandırılıb.

Hücum nəticəsində ciddi xəsarət alan hakim köməkçisi əməliyyat olunub və 60 günlük əmək qabiliyyətsizliyi barədə tibbi rəy alıb.

FEF-in İntizam Komissiyası futbolçunu oyun rəsmisinə qarşı fiziki zorakılıqda təqsirli bilib. Qərara əsasən, Perlasa 2034-cü il oktyabrın 19-dək futbol fəaliyyəti ilə bağlı bütün işlərdən kənarlaşdırılıb. Federasiya cəzanın bütün dünyada tətbiq olunması üçün FIFA-ya müraciət edəcəyini də açıqlayıb.

Hadisəyə görə "Siyudad de Yantsasa" klubuna da sanksiya tətbiq edilib. Komanda futbolçusunun davranışına və ev sahibi kimi təhlükəsizlik öhdəliklərini yerinə yetirməməsinə görə 2 000 dollar (3 400 manat) cərimələnib. Bundan əlavə, klub hakim köməkçisinin tibbi xərcləri üçün 4 369,73 dollar (7 428,54 manat) ödəməlidir.

Ekvador təmsilçisi növbəti üç ev oyununu Yantsasa Bələdiyyə Stadionunda keçirə bilməyəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:40

PSJ Braziliyalı futbolçusuna bir il müqavilə uzatma təklifi verib

Digər
Bu gün, 16:38

Futsalda böyük futboldan gələnlərin performansı gözlənilən kimi deyil – Elvin Quliyev açıqladı

Futbol
Bu gün, 16:20

Braziliyada 32 yaşlı futbolçu çirkli pulların yuyulmasında şübhəli tapıldı

Tennis
Bu gün, 16:08

Karlös Alkarasın ciddi əzələ zədəsusxılığı: MRT-dən sonra ATP Yekun Turniri və Deyvis Kubokundakı gələcəyi bəlli olacaq

Futbol
Bu gün, 16:00

Rui Jorje: Azərbaycan U-20 millisinin intizami mənə də təsir etdi

Futbol
Bu gün, 15:44

Azərbaycan U19 qadın milli komandası üçün 20 oyunçu təlimə dəvət olunub;

Futbol
Bu gün, 15:40

Antonio Adan peşəkar qapıçılıq karyerasını başa vurub

Futbol
Bu gün, 15:38

FIFA prezidentliyinə namizəd olan üç şəxs rəsmən təsdiqlənib

Qarabağ FK
Bu gün, 15:30

Tahir Gözel “İmarət” azarkeş qrupunun 17-ci ildönümündə səmimi təbrik mesajı verdi

Futbol
Bu gün, 15:20

«Bavariya» «Köln»ə qarşı ciddi itki ilə çıxacaq: Noyer, Deyvis, Qnabri və Dias mehnatdan kənarda qalır

Digər
Bu gün, 15:16

Bakı–Xankəndi velosiped yarışının yayımı üçün “Eurosport” ilə razılıq əldə edilib

Futbol
Bu gün, 15:08

Xankəndi stadioni yenidən açıldı: tarixi futbol günü

Digər
Bu gün, 15:03

Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışında iştirak edirlər

Olimpiada
Bu gün, 14:52

Keniyalı marafonçu Peres Jepçirçir dopinq səbəbilə üç il diskvalifikasiya edildi

Güləş
Bu gün, 14:42

Azərbaycan Güləş Federasiyasında uşaqlar üçün ekskursiya təşkil olundu

Basketbol
Bu gün, 14:40

Vasiliadis: "Oyunçularımız sanki istirahətə gəlmişdilər"

Voleybol
Bu gün, 14:34

16 yaşadək voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatı təsnifatında rəqiblər güclüdür, amma ümidsiz deyilik"

Futbol
Bu gün, 14:30

FİFA prezidentliyi üçün 3 namizəd təsdiqləndi: İnfantino, Diallo və Taşima

Futbol
Bu gün, 14:29

Xosep Qvardiola Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olmaqdan imtina etdi

Futbol
Bu gün, 14:20

PSJ kapitanı Markinyos müqavilə uzatmağı planlaşdırır

Cüdo
Bu gün, 14:07

Tahir Abdullayev: 2027-ci ilin sonuna qədər UFC reytinqinə düşməyi hədəfləyir

Futbol
Bu gün, 14:00

Rail Məlikov: AFFA uşaq futbolunun inkişafı və 15 yaşlılar arasında Dünya Çempionatının keçirilməsi üçün səylərini artırır

Futbol
Bu gün, 13:53

İtaliyanın Empoli futbol klubu Maui adlı iti rəsmi maskotu kimi müqavilə ilə ətrafa verərək təqdim etdi

Oxşar xəbərlər