top
“Çox emosional oyun idi” - Rəşad Sadıqov Sport24.az
25 may 2024, 22:31
- ↺ +

“Çox emosional oyun idi” - Rəşad Sadıqov

"Zirə" Azərbaycan Premyer Liqasının 36-cı turunda doğma meydanda "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

Sport24.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox emosional oyun idi. Futbolçularım soyuqqanlı şəkildə son saniyələrə qədər ürəkdən mübarizə apardılar. Təslim olmayan, amansız mübarizə aparan rəqib var idi. Son saniyələr elə keçdi ki, biz qol buraxsaydıq, avrokuboklardan kənarda qala bilərdik. İkinci qolu vurub daha rahat qələbə qazana bilərdik. Futbolçuların üzərində stress var idi. Buna görə də son zərbələr uğurlu alınmırdı. Şükürlər olsun ki, sonda istədiyimiz nəticəni əldə edə bildik. Hər kəsi ürəkdən təbrik edirəm. Bu yolu birlikdə keçmişik.

- Avrokuboklar uğrunda mübarizə çox gərgin keçdi. Sizcə, bunun "Zirə"yə Avropa Liqasında faydası nə qədər olacaq?

- Bu, mübarizənin içində olan bütün komandalar üçün faydalıdır. Belə yarışı son illərdə xatırlamıram. Bir dəfə son turda "Bakı" səfərdə "Xəzər Lənkəran" üzərində qələbə qazandı, "Qarabağ" "Neftçi" ilə heç-heçə etdi, digər tərəfdə "İnter" qələbə qazanıb çempion oldu. Bu il isə avrokuboklar uğrunda belə gərgin mübarizə getdi. Bu, hər komanda üçün inkişaf yolunda böyük təkan olacaq. Rəhbərliklə gələcək planlar haqda ətraflı danışacağıq.

- Avropa Liqasına vəsiqəni təmin etdiniz. Komandanı "Qarabağ"la kubok matçına kökləmək çətin olmayacaq?

- Bunu zaman göstərəcək. İndi nə desəm, boş olacaq. İstirahət edib oyuna hazırlaşacağıq. "Qarabağ"ın finala hazırlaşmağa daha çox vaxtı olub. Bizim üçün sevindirici haldır ki, həm çempionatda, həm də kubokda önümüzdə olan komanda "Qarabağ"dır. İstəyirik ki, mövsümü titulla başa vuraq. Amma çempionatda ikincilik mənim üçün titul qədər önəmli idi.

- Başqa təkliflər olsa, fikriniz necə olacaq?

- Gələcəyimi "Zirə"də görürəm. Rəhbərlik gələn il də davam etmək istəyirdi. Amma mən özüm bildirmişdim ki, sonluğu gözləyək. Keçən il də avrokuboklara düşə bilməmişdik. Bu il də kənarda qalsaydıq, düşünəcəkdim. Avropa Liqasına vəsiqə qazandıq. Mənim planlarım "Zirə" ilə bağlıdır. Bu komanda ilə avrokuboklarda uğurlu çıxış etmək istəyirəm.

- Mövsümün əvvəlində "Zirə" çox tənqid olunurdu. Bu nəticə ilə tənqidlərə cavab verdiyinizi düşünürsünüz?

- Yaşlandıqca mətbuatdan uzaq qalmağa çalışıram. Nə barədə tənqid olub, məndə dolğun məlumat yoxdur. Bilirəm ki, oyun barədə nəsə fikirlər olub. Şərh etmək istəmirəm oyunumuzu. Heyətdə itkilərimiz çox idi, rotasiyalar edə bilmirdik. Rəhbərlik qışda əlavə büdcə ayırıb transferlər etməyə mənə şərait yaratdı. Kiməsə cavab vermək istəmirəm. Mən karyeram boyunca tənqidlərlə rastlaşmışam. Fikrimi ancaq öz işimə kökləgirəm.

- Müdafiə futbolu oynatdığınız deyilir...

- Futbolçulardan soruşun, mən 80 faiz hücum üzərində işləyirəm. Bəli, hər futbolçudan müdafiə olunmağı tələb edirəm. Bu, müasir futbolun kriteriyalarıdır. "Qarabağ"la, "Sabah"la müdafiədən oynamışıq. Amma "Neftçi"yə qarşı 4 oyun keçirmişik. Evdə oyunu qura bilmədik, müdafiən oynadıq. Amma digər 3 matçda biz daha aktiv olmuşuq, hücum etmişik. Ola bilər əla futbol oynamamışıq. Müqayisə olaraq deyə bilərlər ki, filan komanda sizdən daha yaxşı idi. Amma mən o fikirlə razı deyiləm. 36 oyundan dördündə komandadan narazı olmuşam. Digər matçlarda topa nəzarət bizdə olub, hücumlar etmişik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Oxşar xəbərlər