Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) son 10 ildə ölkələr üzrə transferlərdə ən çox ziyan edən 10 liqanın reytinqini dərc edib. Sport24.az xəbər verir ki, siyahıya İngiltərə başçılıq edir.
İngiltərə klubları 2016-cı ildən bu günə 11,24 milyard avro zərər ediblər. İlk "üçlüy"ü Səudiyyə Ərəbistanı (- 2,51 milyard avro) və Çin (- 1,21 milyard avro) tamamlayıb. Növbəti yerdə İtaliya (- 900 milyon avro) qərarlaşıb. İlk "beşliy"i isə - 610 milyon avro ilə ABŞ tamamlayıb.
Qeyd edək ki, İspaniya, Fransa və Almaniya 2016-cı ildən bəri ilk "10-luq"da yer almayıblar.