top
Ceyhun Nuriyev: “Deməzdim ki, “Qarabağ” bayram-əhval ruhiyyəsində idi” - MÜSAHİBƏ İdman.biz
03 iyun 2024, 12:18
- ↺ +

Ceyhun Nuriyev: “Deməzdim ki, “Qarabağ” bayram-əhval ruhiyyəsində idi” - MÜSAHİBƏ

"Zirə"nin futbolçusu Ceyhun Nuriyevin matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, o, Azərbaycan kubokunun finalını və mövsümü dəyərləndirib.

- Azərbaycan kubokunda ⁠finala qədər uğurla irəliləsəz də, sonda davamını gətirə bilmədiz. Niyə alınmadı?

- ⁠Rəqibi yaxşı analiz etmişdik. "Qarabağ"ın səviyyəsi hamıya məlumdur. Oyunu müdafiədən qurmuşduq. Çox yaxşı müdafiə olunurduq. Əsasən ikinci hissədə epizodlarımız çox oldu. Qol da vurduq. Hesab 2:1 olandan sonra da şansımız oldu. Amma qələbə üçün kiçik nüanslar çatmadı.

- ⁠"Qarabağ"ın motivasiyası az idi. Sanki bu məqamlardan istifadə edirdiniz.

- ⁠Sizin kimi düşünmürəm. Deməzdim ki, "Qarabağ" bayram-əhval ruhiyyəsində idi. Yəni 1:0, 2:1 hesabdan sonrada müdafiə olunurdular. Ona görə "Qarabağ" ən yaxşı oyunlarından birini keçirdi.

- ⁠"Qarabağ" hər iki cəbhədə birinci, siz isə ikinci oldunuz. Bunu uğur saymaq olar?

- ⁠Bizim adımıza uğur saymaq olar. Ən azından çempionatda alınmasa da, kuboku götürmək istəyirdik. Qələbəyə yaxın idik. "Qarabağ"dan sonra həm çempionatda, həm də kubokda ikinci yer "Zirə"nin uğurudur.

- ⁠Bu mövsüm "Zirə" barədə müxtəlif fikirlər var idi. Mövsümə yaxşı başlamışdız, ardınca zəif çıxış etdiz. Bu məqamlar olmasaydı, tamam başqa "Zirə" görmək mümkün idi?

- ⁠Bəlkə də həmin vaxt qazanılan xallar Premyer Liqanın bitməsinə 4-5 tur qalmışa qədər çempionluq şanslarımızı qoruyub saxlayardı. Amma ümumi olaraq futbolda belə hallar olur. Qara zolağa düşmüşdük. Bilirdik ki, buradan çıxacağıq. O xallar qazanılsaydı, "Qarabağ"la ən azından eyni səviyyədə gedə bilərdik.

- ⁠"Sabah"dan sonra "Zirə"də sanki özünüzü tapdız.

- ⁠Bir futbolçunun inkişafı yalnız çox oynamaqdır. Daha çox heyətə düşdüm və "Zirə"də bu da məni inkişafa doğru apardı. Milliyə də yenidən qayıtdım.

- ⁠Avroliqa təcrübəsindən yəqin ki, sən də yararlanmaq istəyirsən. Bu barədə nə düşünürsən?

- ⁠Bu, karyeramda bir ilk olacaq. Həmin günü səbirsizliklə gözləyirəm. Avropa Liqası bir məğlubiyyət haqqı da verir. Bu da bizim üçün yaxşıdır. Əsas məqsədimiz də bura düşmək idi. Bu pillədə başlamağımız bizə üstünlükdür.

- ⁠Azərbaycan millisinin keçirəcəyi iki yoxlama matçı barədə nə düşünürsən?

- ⁠Güclü rəqiblərdir. Albaniya Avropa çempionatında iştirak edəcək. Qazaxıstan da buna yaxın idi. Milli komandaya gediriksə, meydana yalnız və yalnız qələbə üçün çıxacağıq.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Oxşar xəbərlər