Çempionlar Liqasının finalında hesab açılıb.
İdman.Biz bildirir ki, "Arsenal"ın oyunçusu 6-cı dəqiqədə komandasını irəli çıxarıb - 1:0.
20:02
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün final matçı keçirilir.
İdman.Biz xəbər verir ki, finalda turnirin son qalibi Fransanın PSJ kollektivi Londonun "Arsenal" klubu ilə qarşılaşır.
09:57
Bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün qalibi bəlli olacaq.
İdman.Biz xəbər verir ki, finalda son çempion PSJ İngiltərənin "Arsenal" klubu ilə qarşılaşacaq.
Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək görüş Bakı vaxtilə saat 20:00-da start götürəcək.
PSJ ardıcıl ikinci Çempionlar Liqası titulunu qazanmağa çalışacaq. "Arsenal" isə klub tarixində ilk dəfə bu kuboku başı üzərinə qaldırmağı hədəfləyir.
Qeyd edək ki, komandalar UEFA turnirlərində indiyədək yeddi dəfə üz-üzə gəlib. Tərəflərin hərəsi iki qələbə qazanıb, üç matç isə heç-heçə başa çatıb.