top
Çempionlar Liqası: Bavariya, Liverpul, Atletiko və Barselona 1/4 finalda Idman.biz
19 mart 2026, 02:10
- ↺ +

Çempionlar Liqası: "Bavariya", "Liverpul", "Atletiko" və "Barselona" 1/4 finalda

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Tottenhem" (İngiltərə) və "Atletiko Madrid" (İspaniya) komandaları arasında keçirilən ikinci oyun londonluların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Matç Londondakı "Tottenhem Hotspur" stadionunda keçirilib.

30-cu dəqiqədə Randal Kolo Muani hesabı açaraq londonlulara üstünlük qazandırıb. 47-ci dəqiqədə Xulian Alvares "Atletiko"nun bərabərlik qolunu vurub. 52-ci dəqiqədə Xavi Simons "Tottenhem"i irəli çıxarıb. 75-ci dəqiqədə David Qansko hesabı bərabərləşdirib. 90-cı dəqiqədə Simons penaltidən ikinci qolunu vurub.

İlk oyunda "Atletiko Madrid" "Tottenhem"i 5-2 hesabı ilə məğlub edib. Turnirin növbəti mərhələsində "Atletiko" "Barselona" ilə qarşılaşacaq.

"Bavariya" (Almaniya) və "Atalanta" (İtaliya) arasında 2025/2026 mövsümünün Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci oyunu başa çatıb. "Münhen Arena"da keçirilən oyun Almaniya komandasının 4:1 hesablı qələbəsi ilə bitib.

Münhenlilərin hücumçusu Harri Keyn 25-ci dəqiqədə hesabı açıb. Keyn 54-cü dəqiqədə ikinci qolunu vurub. Yarımmüdafiəçi Karl Lenart 56-cı dəqiqədə "Atalanta"nın qapısına üçüncü qolu vurub. Yarımmüdafiəçi Luis Dias 70-ci dəqiqədə İtaliya klubuna qapısına dördüncü qolu vurub. "Atalanta"nın yarımmüdafiəçisi Lazar Samarciç 85-ci dəqiqədə fərqi azaldıb.

İlk oyunda "Bavariya" "Atalanta"nı 6:1 hesabı ilə darmadağın etmişdi. "Bavariya" dörddəbir finala vəsiqə qazanıb.

"Liverpul" və "Qalatasaray" arasında 2025/26 mövsümü UEFA Çempionlar Liqasının 1/8 finalının ikinci oyunu başa çatıb. Liverpuldakı "Enfild" stadionunda keçirilən oyun ev sahibi komandanın 4:0 hesablı qələbəsi ilə bitib.

"Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslai 25-ci dəqiqədə hesabı açıb. Uqo Ekitike 51-ci dəqiqədə ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. Rayan Qravenberx 53-cü dəqiqədə "Qalatasaray"ın qapısına üçüncü qolu vurub. Məhəmməd Salah 62-ci dəqiqədə yekun hesabı müəyyən edib.

Türkiyə komandası ilk oyunda 1:0 hesabı ilə qalib gəlmişdi. "Liverpul" dörddəbir finala vəsiqə qazanıb.

23:43

Çempionlar Liqasının 1/8 finalının ikinci oyununda "Barselona" "Nyukasl"la qalib gəlib.

İdman.Biz-in məlumatına görə, qarşılaşma 7:2 hesabı ilə bitib.

Matç 6-cı dəqiqədə Rafinyanın sürətli qolu ilə başlayıb. Antoni Elanqa tezliklə hesabı bərabərləşdirib, lakin Mark Bernal ev sahiblərini yenidən irəli çıxarıb. Elanqa 28-ci dəqiqədə iki qol vuraraq hesabı bərabərləşdirib. 45+7-ci dəqiqədə Lamin Yamal penaltidən Kataloniya klubunu irəli çıxarıb. Fermin Lopes 51-ci dəqiqədə hesab arasındakı fərqi artırıb. Bundan Robert Levandovski 56 və 61-ci dəqiqələrdə iki qol vurub. 72-ci dəqiqədə Rafinya matçda ikinci qoluna imza atıb.

İki komanda arasındakı ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Beləliklə, İspaniya klubu 1/4 finala vəsiqə qazanıb.

09:32

Bu gün UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanacaq daha dörd komanda bəlli olacaq.

İdman.Biz xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha dörd görüş baş tutacaq.

Bu gün baş tutacaq qarşılaşmaların siyahısını təqdim edirik:

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
21:45. "Barselona" (İspaniya) - "Nyukasl" (İngiltərə)

İlk oyun - 1:1

23:59. "Liverpul" (İngiltərə) - "Qalatasaray" (Türkiyə)
İlk oyun - 0:1

23:59. "Bavariya" (Almaniya) - "Atalanta" (İtaliya)
İlk oyun - 6:1

23:59. "Tottenhem" (İngiltərə) - "Atletiko" (İspaniya)
İlk oyun - 2:5

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər