top
Çelsi Abramoviç dövründəki maliyyə pozuntularına görə cərimələnib və transfer qadağası alıb Report.az
16 mart 2026, 18:19
- ↺ +

"Çelsi" Abramoviç dövründəki maliyyə pozuntularına görə cərimələnib və transfer qadağası alıb

İngiltərə Premyer Liqasının Müstəqil Komissiyası Roman Abramoviçin dövründə yol verilmiş maliyyə pozuntularına görə "Çelsi" klubunu 10,75 milyon funt sterlinq (təxminən 12,44 milyon avro) məbləğində cərimələyib.

"Report" xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Qərara əsasən, "Çelsi"nin akademiyasına yeni futbolçuların transferinə 9 ay müddətinə qadağa qoyulub. Bundan əlavə, əsas komandaya iki illik sınaq müddəti çərçivəsində bir illik şərti transfer qadağası tətbiq olunub.

Araşdırma göstərib ki, 2011–2018-ci illərdə klubla əlaqəli üçüncü şəxslər futbolçulara, qeydiyyatdan keçməmiş agentlərə və başqalarına açıqlanmayan ödənişlər edib. Bu ödənişlər faktiki olaraq "Çelsi"nin xeyrinə olduğundan, klub tərəfindən rəsmi maliyyə əməliyyatları kimi göstərilməli idi.

Klub həmçinin etiraf edib ki, bu ödənişlərin açıqlanmaması və gizlədilməsi Premyer Liqanı düzgün məlumatlandırmaq öhdəliyinin pozulması deməkdir.

Cəzanın müəyyənləşdirilməsi zamanı "Çelsi"nin pozuntular barədə öz təşəbbüsü ilə məlumat verməsi, onları etiraf etməsi və istintaq müddətində araşdırma ilə tam əməkdaşlıq etməsi yüngülləşdirici hal kimi nəzərə alınıb.

Məlumata görə, araşdırma 2022-ci ildən – klubun keçmiş rəhbərliyinin mümkün maliyyə pozuntuları barədə Premyer Liqaya məlumat verməsindən sonra başlayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 04:30

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan voleybol millisinin kapitanı mükafatlandırıldı

Futbol
Bu gün, 04:08

Florenzi, PSJ-dən göndərilən Tomas Tuxelin haqqında danışdı

Futbol
Bu gün, 02:30

Arda Gülər Çempionlar Liqasında iki asistlə Real Madridin PSV üzərində 5:1 hesablı qələbəsində pay götürdü

Futbol
Bu gün, 02:18

Okan Buruk "Çempionlar Liqasında" "Aston Villa" üzərində 1:0 hesablı qələbəni şərh etdi

Futbol
Bu gün, 01:56

Mançester Siti - Napoli Çempionlar Liqasında 2:2 heç-heçəyə imza atdı

Şahmat
Bu gün, 01:50

Şahmat üzrə dünya çempionatında Dommaraku–Sindarov matçının ilk partiyası heç-heçə ilə yekunlaşıb

Futbol
Bu gün, 01:46

"Qalatasaray"ın "Aston Villa"ya qarşı qələbəsində qollayan Deniz Gül əməliyyat olunacaq

Futbol
Bu gün, 01:40

Bayern rəsmisi Musialanın vəziyyəti barədə: "Ona vaxt verməli və oynamağına imkan yaratmalıyıq"

Futbol
Bu gün, 01:30

Mançester Yunayted qış transferində Brentfordun müdafiəçisi Natan Kollinsə diqqət yetirir

Futbol
Bu gün, 01:27

Jül Kunde "Sabah"la məşqdən əvvəl gecikərək Fliki narazı saldı

Futbol
Bu gün, 01:20

Bursaspor: Futbolçular üçün çətin klub, Vaqif Heydərli açıqladı

Futbol
Bu gün, 00:36

Dezire Duenin əvvəlki formasına qayıtması iki‑üç il çəkə bilər

Futbol
Bu gün, 00:32

Ronaldo 987-ci qolunu “Əl‑Nəsr”in “Əl‑Sədd”ə qələbəsində vurdu

Futbol
Bu gün, 00:20

Türam "İnter"i tərk edə bilər – Mançester Yunayted, Çelsi və PSJ maraqlanır

Futbol
Bu gün, 00:18

Əl-Nəsr

Futbol
Bu gün, 00:10

"Bayern" zədəli Keynin əvəzində Şupo-Motinqi almağı məqsədləyir

Futbol
Dünən, 23:56

Andrey Arşavin Bakıda Çempionlar Liqası matını izləmək üçün

Şahmat
Dünən, 23:56

Şahmat dünyasında Sindarov heç-heçə üçün tələsdi, Qukeş iki dəqiqə əlavə vaxt qazandı

Futbol
Dünən, 23:30

Ronaldu 987-ci qolunu vurub, 1000 qola yaxınlaşıb

Şahmat
Dünən, 23:28

Türk Şahmat Assosiasiyasının çempionatında Abasov fərqi artırdı, Beydullayeva liderliyə yüksəldi

Futbol
Dünən, 23:20

Barselonanın Azərbaycandakı rəsmi fan‑klubu matç üçün azarkeşləri topladı

Futbol
Dünən, 23:18

Barselona futbolçusu Jules Koundé Azərbaycan səfəri öncəsi PlayStation fotoşəkilini paylaşdı

Futbol
Dünən, 23:13

Kriştianu Ronaldu karyerasında 987-ci qolunu vurdu - 1000 qola 13 qol qaldı

Futbol
Dünən, 23:00

Elşad Manafov 8 ayda alman dilini öyrənərək digər futbolçulara nümunə oldu

Oxşar xəbərlər