Rumıniya Super Liqasında 14-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" öz meydanında ÇFR-i qəbul edib.
Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Cəlal 64-cü dəqiqədə meydana buraxılıb.
Bu heç-heçədən sonra xallarının sayını 24-ə çatdıran "Petrolul" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.