top
Bu gün Tofiq Bəhramovun anadan olmasının 101-ci ildönümüdür Idman.biz
29 yanvar 2026, 10:32
- ↺ +

Bu gün Tofiq Bəhramovun anadan olmasının 101-ci ildönümüdür

Bu gün Azərbaycan futbol tarixinin ən məşhur siması Tofiq Bəhramovun 101 illiyidir.

İdman.Biz xəbər verir ki, bütün dünyada tanınan Azərbaycan hakimi 1925-ci ilin yanvarın 29-da Ağdamda anadan olub.

15 yaşında futbolçu karyerasına start verən Bəhramov "Spartak"ın gənclərdən ibarət komandasında çıxış etməyə başlayıb. Sonradan o, indi "Neftçi" adlanan "Neftyannik"ə keçib. Amma gələcəyin hakiminin futbolçu karyerası qısa sürüb. Ayağından aldığı ciddi zədə onun xəyallarının üstündən xətt çəkib.

Bu zədədən sonra da futboldan ayrıla bilməyən Bəhramov sevimli idman növündə qalmağa qərar verib. O, fəaliyyətini hakim kimi davam etdirmək qərarına gəlib.

Azərbaycanlı ədalət təmsilçisi artıq 26 yaşında - 1951-ci ildə SSRİ çempionatının matçlarına təyinat almağa başlayıb. 14 ildən sonra həmyerlimiz beynəlxalq dərəcəli hakim adını alıb.

İki il sonra Bəhramovu bütün dünya tanıyıb. O, İngiltərədə keçirilən DÇ-1966-ya dəvət olunub. Həmyerlimiz mundialın həlledici görüşünə də yan xətt hakimi kimi təyinat alıb. O, İngiltərə və Almaniya arasında "Uembli"də baş tutan əfsanəvi qarşılaşmada ədalət təmsilçilərindən olub. Bəhramov Cefri Herstin mübahisələrə səbəb olan, amma sonradan doğru olduğu təsdiqlənən qolunun qeydə alınmasında pay sahibi kimi yaddaşlarda qalıb. Bu matça qədər yalnız baş hakimlər "Qızıl fit"lə təltif olunurdusa, "Uembli"dəki tarixi qərarına görə bu mükafat istisna kimi Bəhramova da verilib. Bununla da o, dünya futbol tarixinə "Qızıl fit" almış yeganə laynsman kimi düşüb. Həmin qarşılaşmadan sonra Böyük Britaniya kraliçası ona "Qızıl fit"i və "Qızıl ilahə"nin kiçik modelini təqdim edib.

Həmyerlimiz DÇ-1966-da bir oyunda baş hakim, üç matçda laysman olub. O, dörd il sonra Meksikada keçirilən mundialda da üç qarşılaşmaya təyinat alıb. Referi AVRO-1968 və AVRO-1972-nin də hakimləri sırasında yer alıb.

O, həm də avrokubokların finalına təyinat alan ilk SSRİ hakimi kimi tarixə düşüb. O, UEFA kubokunun 1972-ci ildəki "Vulverhemton" - "Tottenhem" görüşündə ədaləti qoruyub. Bəhramov 1972-ci ildə Qitələrarası kubokun "Ayaks" - "İntependyente" görüşünü də idarə edib. O, bu yarışın "Estudiantes" - "Mançester Yunayted" görüşündə isə laysman olub.

Bəhramovun Azərbaycan futbolunda xidmətləri böyük olub. 1975-ci ildə hakimliklə vidalaşan əfsanəvi referi azərbaycanlı ədalət təmsilçilərinin yetişməsinə də xidmət edib.

Təsadüfi deyil ki, 1992-ci ildə yaradılan AFFA-nın Hakimlər Komitəsinin ilk sərdi də olub. Bir müddət sonra isə Bəhramov qurumun baş katibi təyin edilib.

Bütün bunların nəticəsidir ki, Azərbaycanın bir nömrəli idman qurğusu - Respublika stadionuna onun adı verilib. Arenada dünyada ilk dəfə mərhum hakimə abidə də yerləşdirilib. Bundan başqa, onun haqqında sənədli film də çəkilib.

Qeyd edək ki, Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Oxşar xəbərlər