top
Bruno Bertuççi: Karyeramın ən gözəl xatirələri Neftçidə oynadığım dövrlə bağlıdır Idman.biz
05 fevral 2026, 12:22
- ↺ +

Bruno Bertuççi: "Karyeramın ən gözəl xatirələri "Neftçi"də oynadığım dövrlə bağlıdır"

"Karyeramın ən gözəl xatirələri "Neftçi"də oynadığım dövrlə bağlıdır. Komandamız möhtəşəm idi, meydanda hamı bir-birini çox yaxşı anlayırdı".

Bunu "Neftçi"nin braziliyalı sabiq müdafiəçisi Bruno Bertuççinin futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Hazırda harada yaşayırsınız və nə işlə məşğulsunuz? Futbol sahəsində fəaliyyət göstərirsizmi?

– Braziliyanın San-Paulu ştatında yerləşən Santo Andre şəhərində yaşayıram. Futbol məktəblərini idarə etməklə yanaşı, həm də məşqçi kimi çalışıram.

– Keçmiş klubunuz "Neftçi"ni izləyirsiniz? Komandanın hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?

– Artıq bir müddətdir ki, "Neftçi"ni yaxından izləmirəm. Bəzən təkcə nəticələrə və çempionun kim olduğuna baxıram.

– Son illərdə "Neftçi" rəhbərliyi tez-tez baş məşqçi dəyişib. Təxminən iki aydır ki, "ağ-qaralar"a yeni çalışdırıcı Yuri Vernidub rəhbərlik edir. Sizcə, ukraynalı mütəxəssis "Neftçi"yə əvvəlki əzəmətini qaytara biləcək?

– Məşqçilərin tez-tez dəyişməsi komandanın kimliyinin və oyun üslubunun formalaşmasına mane olur. Hazırkı məşqçini isə tanımıram. Ona görə də bu barədə fikir bildirə bilmərəm.

– Sizin oynadığınız dövrdə "Neftçi" çox güclü idi. Lakin son 10 ildə keçmiş komandanız cəmi bir dəfə çempion ola bilib. Bu uğursuzluğun səbəbini nədə görürsünüz?

– Bizim həqiqətən də güclü, çempion komandamız var idi. Heyətdə qalib ruhuna sahib, istedadlı futbolçular toplaşmışdı. Tarix yazmağımızın səbəbi də bu idi. Hazırda isə futbolu izləmədiyim üçün "Neftçi"nin niyə artıq aparıcı rol oynamadığını və titul qazanmadığını şərh edə bilmərəm.

– "Neftçi"dəki illərinizi futbolçu karyeranızın ən uğurlu dönəmi hesab edirsinizmi? Həmin komandadan bu gün də əlaqə saxladığınız şəxslər varmı?

– Karyeramın ən gözəl xatirələri "Neftçi"də oynadığım dövrlə bağlıdır. Komandamız möhtəşəm idi, meydanda hamı bir-birini çox yaxşı anlayırdı. Bir-birimiz üçün qaçır, sonadək mübarizə aparırdıq. Həqiqətən də rəqiblərimiz üçün çox təhlükəli idik. Biz tarix yazdıq və bütün zamanların ən yaxşı komandalarından biri olduq. Həmin heyətdən daha çox Kaue və Flavinyo ilə əlaqə saxlayıram. Bəzən isə Denis Silva, Rodriqinyo, Erik Ramos və Nikolas Kanaleslə də danışırıq.

– Son illərdə Azərbaycan futbolunda "Qarabağ" hegemonluq edir. Bu komandanın çıxışını necə qiymətləndirirsiniz?

– "Qarabağ" inanılmaz işlər görür. Bunun sübutu təkcə yerli çempionat deyil, həm də Avropa turnirlərində qitənin böyük klubları ilə bərabər səviyyədə mübarizə aparmalarıdır. Şübhəsiz ki, təşkilatlanma, infrastruktur, maliyyə və texniki idarəetmə birlikdə futbolçulara bu nailiyyətləri əldə etmək üçün mükəmməl şərait yaradır. Bu amillər bir arada olmasaydı, uğur mümkün olmazdı.

– Gələcəkdə sizi məşqçi kimi Azərbaycan çempionatında görə bilərik?

– Bu barədə heç nə deyə bilmərəm. Amma bir turist və "Neftçi" azarkeşi kimi Azərbaycana qayıtmaqdan, qızımı da özümlə gətirməkdən məmnun olaram.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Bu gün, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Bu gün, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Oxşar xəbərlər