top
Branimir Subaşiç: Futbolçu seçimi çox vacibdir - Neftçi və Qarabağın sabiq oyunçusundan müsahibə Idman.biz
05 fevral 2026, 10:37
- ↺ +

Branimir Subaşiç: "Futbolçu seçimi çox vacibdir" - "Neftçi" və "Qarabağ"ın sabiq oyunçusundan müsahibə

"Mən buna çox ümid edirəm. Məşqçini şəxsən tanımıram, amma futbolçu seçimi çox vacibdir. Məşqçinin psixologiyası da həmçinin".

Bunu Azərbaycan millisinin, "Neftçi"nin və "Qarabağ"ın sabiq futbolçusu Branimir Subaşiç sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– UEFA Çempionlar Liqasında "Qarabağ"ın çıxışını izləyirsiniz?

– Əlbəttə. Bu matçları hamı izləyir. Komandanın cari mövsümdəki nəticələri möhtəşəmdir.

– Mövsümün əvvəlində püşk atılanda proqnozunuz nə idi?

– Ümumiyyətlə, yaxşı nəticələrə ümid edirdim. Yəqin ki, sizin, digər azərbaycanlıların və hamının ümidi var idi. Həqiqətən qazandıqları nəticələr böyük nailiyyətdir. Mən də komandanı təbrik edirəm.

- "Qarabağ" pley-off mərhələsində "Nyukasl"la üz-üzə gələcək. Bu dəfə də sensasiyaya imza ata bilər?

- ⁠Artıq müasir futbolda hər şey mümkündür. "Qarabağ" sübut etdi ki, Avropada güclü komandalarla mübarizə apara bilir.

– "Neftçi" haqqında nə deyə bilərsiniz?

– Komanda yavaş-yavaş toparlanmağa çalışır. Amma açığı, daha çoxunu gözləyirəm. "Neftçi" daha yaxşı mövqeyə layiqdir. Ümid edirəm ki, tezliklə yüksələcək.

– "Neftçi" baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında yaxşı nəticələr qazana bilər?

– Mən buna çox ümid edirəm. Məşqçini şəxsən tanımıram, amma futbolçu seçimi çox vacibdir. Məşqçinin psixologiyası da həmçinin.

– "Neftçi" – "Qarabağ" oyunu fevralın 21-də keçiriləcək. Hansı komandaya azarkeşlik edəcəksiniz?

-Hər iki kluba hörmətlə yanaşıram. Amma "Neftçi"nin qəlbimdə yeri başqadır. Bu klubda çox gözəl xatirələrim olub. Güclü olan qalib gəlsin.

- "Qarabağ" Çempionlar Liqasındakı oyuna görə Premyer Liqadakı matçın təxirə salınmasını istəmişdi. Sizin bu yöndə fikriniz necədir?

-Bu məsələ haqqında nəsə deyə bilmirəm. Ümumiyyətlə bu mövzuda danışmaq bir az çətindir

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Bu gün, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Bu gün, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Oxşar xəbərlər