Bu gün Premyer Liqada XXXI tura start veriləcək. Sport24.az xəbər verir ki, günün tək qarşılaşması Tovuzda baş tutacaq.
Yerli "Turan Tovuz" "Sumqayıt"ı qonaq edəcək. Hər iki komandanın məqsədi avrokuboklara vəsiqə qazanmaqdı. "Boz qurdlar" bu gün qalib gələcəyi təqdirdə turnir cədvəlində "kimyaçılar"ı keçəcəklər. Bu səbəbdən qonaq komanda heç də asan təslim olmayacaq və çətin Tovuz səfərindən minimum 1 xalla qayıtmağı planlaşdırır.
Qeyd edək ki, oyunun start fiti 16:30-da səslənəcək.
16:30. "Turan Tovuz" – "Sumqayıt"