AFFA-da yeni təyinat reallaşıb. Sport24.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, millinin sabiq yarımmüdafiəçisi, tanınmış futbolçu Bəxtiyar Musayev assosiasiyanın Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub.
Qeyd edək ki, Bəxtiyar Musayev 1997-2006-cı illərdə Azərbaycan millisinin heyətində 20 oyun keçirib.