Türkiyə Super Liqasının XXV turunda keçiriləcək "Beşiktaş" – "Qalatasaray" oyununun hakimi açıqlanıb. Sport24.az xəbər verir ki, İstanbul derbisini Ozan Ergün idarə edəcək.
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Ona yan xətt hakimləri Abil Usta və Mustafa Savranlar kömək edəcəklər. Dördüncü hakim funksiyasını Adnan Deniz yerinə yetirəcək.
Martın 7-də keçiriləcək matça saat 21:00-da start veriləcək.