Benin millisinin baş məşqçisi Qernot Ror yoldaşlıq görüşündən sonra komandasının Lionel Messi və digər Argentina futbolçularından xatirə hədiyyəsi almaq cəhdlərinin nəticəsiz qaldığını bildirib.
İdman.Biz xəbər verir ki, "Foot Mercato"ya açıqlamasında Ror Benin nümayəndələrinin Messinin formasını və ya fotosunu əldə etməyə çalışdıqlarını, lakin buna nail olmadıqlarını deyib.
"Biz cəhd etdik. Yeganə mənfi məqam o idi ki, argentinalılar bizə heç nə vermədilər. Nə Messinin fotosunu, nə də formanı. Bizi hətta dəhlizə, soyunub-geyinmə otağına da buraxmadılar, mühafizə heç kimi içəri keçirmirdi. Bəzi oyunçular forma dəyişməyə gəlmişdilər, ona görə də bunun çətin olacağını başa düşürdük", - deyə Ror bildirib.
Mütəxəssisin sözlərinə görə, Benin nümayəndələri Messi üçün ölkənin milli rənglərində buket də hazırlayıblar.
"Hər şeyi yoxladıq, amma heç nəyə nail ola bilmədik. Benin bayrağının rənglərində - sarı, qırmızı və yaşıl güllərdən buket təqdim etdik, amma bu da fayda vermədi. Amma mən Skaloniyə Messinin 2018-ci ilə aid formasını verdim. O, məndən formanı imzalamağımı xahiş etdi və geri qaytardı, amma vəssalam", - deyə məşqçi əlavə edib.
Qeyd edək ki, Argentina – Benin matçı 3:0 hesabı ilə başa çatıb. Qolları Nikolas Otamendi, Niko Paz və Messi vurublar. Görüş argentinalıların kapitanı üçün milli komandanın heyətində sonuncu matç olub.