top
Bəhlul Mustafazadənin Çinə transferdən imtinasına peşmanlığı varmı? - Atası AÇIQLADI Idman.biz
17 aprel 2026, 11:53
- ↺ +

Bəhlul Mustafazadənin Çinə transferdən imtinasına peşmanlığı varmı? - Atası AÇIQLADI

"Qarabağ"ın və Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə Çinə getmədiyinə görə məyus deyil.

Bu barədə müdafiəçinin atası Ələmdər Mustafayev deyib.

O bildirib ki, "Şençjen Penq Siti"nin təklifini rədd etməsi və "Nyukasl"la oyunda zədə almasına görə Bəhlul qərarından peşman deyil.

"Baş verən hadisəyə görə təəssüflənməyə dəyməz. Heç mən də təəssüflənmirəm. Əslində düzgün qərar idi. Lazım olan anda "Qarabağ"da olmalı idi və oldu", - deyə o, futbolinfo.az-a açıqlamasında söyləyib.

Futbolçunun atası həmçinin onun bərpa prosesi barədə də danışıb: "Sağlamlıq durumu yaxşılaşmağa doğru gedir. Hazırda həkim nəzarəti altında bərpa məşqlərində iştirak edir. Əhval-ruhiyyəsi yaxşıdır. Komanda ilə məşqlərə həkim rəyindən sonra qatılacaq. Daim yanında olmasam da, hər şeydən xəbərdaram. Futbolsuz qalmaq hər futbolçu üçün çətindir. Komandadan ayrı qalması onu narahat edir".

Ələmdar Mustafayev Bəhlulun yoxluğunda "Qarabağ"ın büdrəməsinə də münasibət bildirib: "Qarabağ"ın çempionluğu əldən verdiyini düşünmək olar. Amma son ana qədər hər şey mümkündür. Təbii ki, doğma komandasıdır, vəziyyətə görə Bəhlul da təəssüflənir".

Qeyd edək ki, Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la oyunun 22-ci dəqiqəsində (1:6) zədələnmişdi. Müdafiəçidə sol budun adduktor əzələləri və qasıq nahiyəsində zədə aşkarlanmışdı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:09

"Levelinqin uğursuz çıxışı "Roma"nın işinə fayda verə bilər"

Voleybol
Bu gün, 03:30

"Xilasedici" komandası CEV Çempionlar Liqasının 1/8 finalında məğlub oldu, avrokuboklarda CEV Çelenc Kubokunda davam edəcək

Futbol
Bu gün, 02:40

Qabriel Jesus, Luis Suarez"ı geridə qoydu

Futbol
Bu gün, 02:40

Çelsi yenidən məğlub oldu

Futbol
Bu gün, 02:26

Levante, evində Racing'ı 3-1-ə məğlub etdi

Futbol
Bu gün, 02:20

Çempionlar Liqasının V turunda ‘Sabah" – ‘Barselona" oyunu 66321 tamaşaçı ilə ən yüksək üçüncü pillə matçlarından biri

Futbol
Bu gün, 02:14

İtaliya A Seriyasında Venesiya-Bologna oyunu qolsuz 0:0 nəticə ilə tamamlandı

Futbol
Bu gün, 02:11

"Rasinq Santander" "Levanteni" 3:1 hesabı ilə məğlub etdi - VİDEO

Qarabağ FK
Bu gün, 02:10

Entoni Qordon Çempionlar Liqasının tarixində xalqı idarə edən rekorda imza atdı

Futbol
Bu gün, 02:07

İngiltərə Premyer Liqası: «Çelsi» «Nottingem Forest»ə məğlub olub

Futbol
Bu gün, 02:04

Fransa Liqa 1-də Brest Parisi 1:0 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 02:03

«Nottingham» «Çelsi»ni 3:2 hesabıyla məğlub etdi — Çelsi ardıcıl üçüncü məğlubiyyəti aldı

Futbol
Bu gün, 02:00

"Sabah" və "Qəbələ"nin sabiq legioneri Zurab Oçiqava Polşada məşqçiliyə başlayıb

Futbol
Bu gün, 01:59

"Çelsi" səfərdə "Nottingem Forest"ə 2:3 hesabı ilə uduzdu, uğursuz seriya davam edir

Futbol
Bu gün, 01:52

Brest Parislə çempionatda qələbə seriyasını bitirdi

Futbol
Bu gün, 01:49

"Bolonya" "Venetsiya" qarşılaşmasında heç‑heçə, xal sayını 19‑a çatdırdı

Futbol
Bu gün, 01:40

Alman forvardı Nikolo Tresoldi Avropanın dörd böyük klubunun marağında

Futbol
Bu gün, 01:35

Tovuzda Turan – Kapaz Qərb derbisi, Mərdəkanda Sabah – Araz‑Naxçıvan döyüşü

Futbol
Bu gün, 01:33

Verder 3:3 Borussiya qarşısında son dəqiqədə xilas oldu

Futbol
Bu gün, 01:24

«Səbail» – «Şimal» matçının videoicmalı (5:2)

Futbol
Bu gün, 01:16

"Barselona" Baldenin satışına müdafiə xəttini gücləndirmə şərtini qoyub

Futbol
Bu gün, 01:00

"Neftçi" "Zirə"ni 1:0 hesabı ilə məğlub edərək liderliyini möhkəmləndirdi - Almeydanın qolu qələbə gətirdi

Futbol
Bu gün, 00:57

Polis insidenti Hall City futbolçusunun Premyer Liqa karyerasına təsir etdi

Futbol
Bu gün, 00:56

Cəlal Hüseynovun çıxışı nəticəsiz qaldı, komandası 1:0 uduzdu

Oxşar xəbərlər