top
Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı Idman.biz
31 oktyabr 2026, 20:39
- ↺ +

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Almaniya Bundesliqasının səkkizinci turunda keçirilən beş qarşılaşmadan dördü qələbə ilə, biri isə qolsuz heç-heçə ilə başa çatıb. Günün ən məhsuldar görüşündə "Ştutqart" səfərdə "Bayer"i 4:2 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Leverkuzen şəhərindəki "BayArena" stadionunda keçirilən matçda qonaqlar ilk dəqiqələrdən üstünlüyü ələ alıblar.

14-cü dəqiqədə Ermedin Demiroviç hesabı açıb. Cəmi səkkiz dəqiqə sonra Ceymi Levelinq fərqi iki topa çatdırıb. Meydan sahibləri 28-ci dəqiqədə Patrik Şikin qolu ilə hesab arasındakı fərqi azaldıblar.

İkinci hissədə də "Ştutqart"ın hücumları nəticə verib. 51-ci dəqiqədə Bilal Əl-Xannus komandasının üçüncü qolunu vurub. 65-ci dəqiqədə isə Demiroviç ikinci dəfə fərqlənərək hesabı 4:1-ə çatdırıb.

"Bayer"in heyətində İbrahim Maza 79-cu dəqiqədə qol vursa da, bu, məğlubiyyətin qarşısını almağa kifayət etməyib - 2:4.

Bu nəticədən sonra "Bayer" 13 xalda qalıb. Mövsümə uğursuz başlayan "Ştutqart" isə xallarının sayını doqquza yüksəldib.

Turun digər diqqətçəkən qarşılaşması Gelzenkirxendə keçirilib. "RB Leypsiq" səfərdə "Şalke"ni 2:0 hesabı ilə üstələyib.

Görüşün 37-ci dəqiqəsində Antonio Nusa penaltini dəqiq yerinə yetirərək qonaqları hesabda önə keçirib. İlk hissəyə əlavə edilmiş üçüncü dəqiqədə Romulo da fərqlənsə də, VAR yoxlamasından sonra onun qolu ləğv edilib.

Bununla belə, braziliyalı hücumçu ikinci hissədə istəyinə çatıb. Romulo 78-ci dəqiqədə topu rəqib qapısından keçirərək yekun hesabı müəyyənləşdirib.

Qələbə sayəsində xallarının sayını 15-ə çatdıran "RB Leypsiq" turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Komanda liderlər "Bavariya" və Dortmund "Borussiya"sından iki xal geri qalır. "Şalke" isə altı xalla 16-cı yerdədir.

Günün digər üç qarşılaşmasında "Frayburq" səfərdə "Auqsburq"u 2:1 hesabı ilə məğlub edib. "Verder" doğma meydanda "Hoffenhaym"a iki cavabsız qolla qalib gəlib. Mönhenqladbax "Borussiya"sı ilə "Paderborn" arasında keçirilən görüşdə isə hesab açılmayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:10

“Real Madrid”dən 4 mövsüm sonra uğurlu seriya

Futbol
Bu gün, 12:05

“Fənərbağça”da sərt qərar gözlənilir

Futbol
Bu gün, 12:00

Sxadadzenin işsiz günləri başa çatdı

Futbol
Bu gün, 11:55

Azərbaycanda hücumçu onun kürəyindən ayağı ilə vurdu - VİDEO

Basketbol
Bu gün, 11:52

Vaşkeleviçus: Bakının Avropa çempionatına ev sahibliyi edəcəyindən məmnunam

Qarabağ FK
Bu gün, 11:52

Kəpəz – Qarabağ: Gəncədəki XI tura son verən matçın müəyyən vacib məqamı

Futbol
Bu gün, 11:49

Gonsalo Tapia Messinin ona top vurması barədə: Bu, sadəcə oyundakı bir epizod idi

Futbol
Bu gün, 11:45

Arteta: Arsenal ilk hissədə 3-4 top fərqi ilə öndə olmalı idi

Qarabağ FK
Bu gün, 11:30

Xankəndi sakini: "Qarabağ" - "Kəpəz" oyununu gəncəlilərin sektorunda izlədim - MÜSAHİBƏ

Futbol
Bu gün, 11:30

Səudiyyə futbolunun əfsanəsi Ronaldonu tənqid etdi: "Artıq komandaya verə biləcəyi heç nə qalmayıb"

Minifutbol
Bu gün, 11:29

Futzal üzrə hakim‑inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb

Futbol
Bu gün, 11:29

Laportadan “Barselona”ya böyük vəd: “Bu il bizim ilimiz olmalıdır”

Futbol
Bu gün, 11:10

Ronalduya müvəqqəti heykəl qoydular - VİDEO

Futbol
Bu gün, 11:09

Avropa çempionatı: Millimizinin daha iki üzvü yarımfinalda

Futbol
Bu gün, 11:08

Dünyanın ən Moda Futbolçuları: İlk Onluq Kimlərdən İmzalandı?

Futbol
Bu gün, 11:05

Premyer Liqada artıq öz sözünü deyən yerli hücumçu var!

Boks
Bu gün, 11:00

Daha 2 boksçumuz Avropa çempionatında yarımfinalında

Qarabağ FK
Bu gün, 11:00

“Kəpəz”dən “Qarabağ”la oyun üçün xüsusi mükafat – məbləğ artırıldı!

Futbol
Bu gün, 10:44

İkinci Liqada bu gün üç oyun keçiriləcək, lider "Qaradağ Lökbatan" "Şirvan"ın qonağı olur

Futbol
Bu gün, 10:40

Qalatasaray Samsunspor

Futbol
Bu gün, 10:30

CONMEBOL seçkilərdə Canni İnfantinonu dəstəkləyəcək

Futbol
Bu gün, 10:26

“Real” dörd mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazandı

Formula 1
Bu gün, 10:21

Ferstappen Las-Veqasda rəqiblərinə meydan oxudu - VİDEO

Futbol
Bu gün, 10:18

Murada ehtiyac olmadı

Oxşar xəbərlər