top
Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır Idman.biz
Bu gün, 01:59
- ↺ +

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Almaniya Kubokunun 1/16 final mərhələsində növbəti qarşılaşmalar keçirilib. "Bavariya" və "Bayer" böyükhesablı qələbələr qazanıb, "Frayburq" isə son dəqiqələrdə vurduğu qolla növbəti mərhələyə vəsiqə əldə edib.

İdman.Biz xəbər verir ki, Münhen təmsilçisi doğma meydanda "Maqdeburq"u 6:1 hesabı ilə darmadağın edib. Görüşün əsas qəhrəmanı iki qol və bir məhsuldar ötürmə ilə yadda qalan Maykl Olise olub.

Fransalı futbolçu 10-cu dəqiqədə İsmayıl Saybarinin ötürməsindən sonra hesabı açıb. Beş dəqiqə sonra Mateuş Jukovski tarazlığı bərpa etsə də, 21-ci dəqiqədə Saybari Olisenin ötürməsini qola çevirərək "Bavariya"nı yenidən önə keçirib.

İkinci hissədə meydan sahibləri üstünlüklərini daha da artırıblar. Olise 51-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək dublunu rəsmiləşdirib. Daha sonra Alfonso Devis (70), Nataniel Braun (73) və David Santuş (90+3) fərqlənərək yekun hesabı müəyyənləşdiriblər.

Leverkuzen təmsilçisi "Bayer" isə "Nürnberq"lə qarşılaşmada 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, 5:2 hesablı qələbə qazanıb.

Qonaqların heyətində Rafael Lubax 13-cü, Siqurd Hauqen isə 30-cu dəqiqədə fərqlənib. Hər iki qolun məhsuldar ötürməsini Vilyam Bövinq verib.

Lakin "Bayer" fasiləyə qədər fərqi azaldıb. Edmond Tapsoba 41-ci dəqiqədə ilk qolunu vurub, 49-cu dəqiqədə isə dubl edərək hesabı bərabərləşdirib.

70-ci dəqiqədə Patrik Şik penaltidən fərqlənərək meydan sahiblərini ilk dəfə önə keçirib. Səkkiz dəqiqə sonra Yonas Hofman dördüncü qolu vurub, 89-cu dəqiqədə isə Lukas Vaskes hesabı 5:2-yə çatdırıb.

"Frayburq" isə doğma meydanda "Volfsburq"u 3:2 hesabı ilə məğlub edib. Meydan sahibləri altıncı dəqiqədə İqor Matanoviçin qolu ilə hesabı açıblar. Lakin Kento Şioqai səkkizinci dəqiqədə tarazlığı bərpa edib, 43-cü dəqiqədə isə dubl edərək qonaqları önə keçirib.

İkinci hissədə "Frayburq" geridönüş etməyi bacarıb. Keysuke Qoto 75-ci dəqiqədə hesabı bərabərləşdirib. Yaponiyalı hücumçu 90+2-ci dəqiqədə yenidən fərqlənərək komandasına qələbə qazandırıb.

Beləliklə, "Bavariya", "Bayer" və "Frayburq" Almaniya Kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Dünən, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Oxşar xəbərlər