Bakıda təşkil olunan futbol üzrə FIFA U-15 Dünya Çempionatı və Festivalının təntənəli bağlanış mərasiminə start verilib. Sport24.az xəbər verir ki, möhtəşəm tədbir Bakı Kristal Zalında keçirilir.
Oktyabrın 24-dən etibarən əsasən yeni istifadəyə verilmiş Hövsan Yarış Kompleksində cərəyan edən və 189 ölkənin milli assosiasiya komandalarını bir araya gətirən mötəbər turnirdə 1000-ə yaxın matç oynanılıb.
Dünya çempionatının A Divizionu üzrə çempionluq kubokunun sahibi saat 18:00-da Bakı Kristal Zalında keçirilən İspaniya – Çexiya final qarşılaşması ilə bəlli olacaq.
Yarışda mübarizə aparan Azərbaycan milli komandası isə turniri 84-cü pillədə tamamlayıb.