top
Bakıda U-15 Dünya Çempionatının qrup mərhələsi yekunlandı: İngiltərə, Fransa və Argentina turnirdən kənarda qaldı Idman.biz
Bu gün, 13:44
- ↺ +

Bakıda U-15 Dünya Çempionatının qrup mərhələsi yekunlandı: İngiltərə, Fransa və Argentina turnirdən kənarda qaldı

Bakıda futbol üzrə 15 yaşadək futbolçular arasında tarixdə ilk dəfə keçirilən FIFA Dünya Çempionatı və Festivalının qrup mərhələsi başa çatıb. Üç oyun gününün yekununda əsas mükafat uğrunda mübarizəni davam etdirəcək 32 yığma müəyyənləşib.

İdman.Biz-in məlumatına görə, turnirdə ilkin mərhələdə 32 qrupa bölünmüş 189 milli komanda iştirak edir. Reqlamentə əsasən, yalnız qrup qalibləri ən güclü divizion olan "Tir A"da çıxış etmək hüququ qazanıblar. Məhz bu divizionda tarixdə ilk U-15 dünya çempionu müəyyənləşəcək.

Titul uğrunda mübarizə aparacaq komandalar arasında bütün futbol konfederasiyalarının təmsilçiləri var. Braziliya, İspaniya, İtaliya, Meksika, Mərakeş və Avstraliya kimi yığmalar da əsas mükafat uğrunda mübarizəni davam etdirəcəklər. Bununla belə, Argentina, Fransa, İngiltərə, Portuqaliya və Yaponiya qrup mərhələsində birinci yeri tuta bilmədikləri üçün dünya çempionluğu uğrunda mübarizədən kənarda qalıblar.

Qrup mərhələsinin yekunlarına əsasən, "Tir A"da mübarizə aparacaq komandaların tam siyahısı belədir:

Estoniya (A), Əlcəzair (B), İrlandiya (C), Braziliya (D), İspaniya (E), Mərakeş (F), Uels (G), Meksika (H), Bolqarıstan (I), Anqola (J), Kamerun (K), İtaliya (L), Kolumbiya (M), Yunanıstan (N), Peru (O), Qvineya (P), Cənubi Koreya (Q), Bosniya və Herseqovina (R), Misir (S), Venesuela (T), Ekvador (U), Paraqvay (V), Qana (W), Uruqvay (X), Albaniya (Y), Keniya (Z), Şimali İrlandiya (AA), Çexiya (AB), Polşa (AC), Kipr (AD), Rusiya (AE), Avstraliya (AF).

Polşa millisinin çıxışı xüsusi diqqət çəkir. Komanda qrup mərhələsində keçirdiyi beş oyunun hamısında qələbə qazanıb və top fərqi 45:0 olub. Braziliya, İspaniya, Mərakeş, Meksika, Anqola, İtaliya, Yunanıstan, Bosniya və Herseqovina, Misir, Qana, Albaniya, Çexiya, Rusiya və Avstraliya da maksimum nəticə göstərərək 15 xal toplayıblar.

Dünya çempionu necə müəyyənləşəcək?

Turnirin ikinci mərhələsi oktyabrın 28-dən 30-dək keçiriləcək. 189 iştirakçı qrup mərhələsində tutduqları yerlərə əsasən "Tir A"dan "Tir F"yə qədər altı diviziona bölünüb.

"Tir A"da 32 qrup qalibi 1-ci yerdən 32-ci yerədək mövqelər uğrunda mübarizə aparacaq. Qruplarda ikinci yeri tutan komandalar "Tir B"də çıxış edərək 33–64-cü yerlər uğrunda yarışacaqlar. Üçüncü pillənin sahibləri isə "Tir C"də 65–96-cı yerləri müəyyənləşdirəcəklər. Digər üç divizionda da iştirakçılar eyni prinsiplə bölüşdürülüb.

Hər divizionda beş mərhələdən ibarət pley-off sistemi tətbiq olunacaq. Oktyabrın 28-də 1/16 və 1/8 final, oktyabrın 29-da 1/4 və yarımfinal oyunları keçiriləcək. Oktyabrın 30-da isə turnirin yekun qarşılaşmaları baş tutacaq.

Bu formatın əsas xüsusiyyəti məğlubiyyətin komandanın turnirdəki çıxışını başa çatdırmamasıdır. Qaliblər daha yüksək yerlər uğrunda mübarizəni davam etdirəcək, uduzanlar isə turnir cədvəlinin digər hissəsinə keçərək məğlub olmuş başqa komandalarla qarşılaşacaqlar. Beləliklə, bütün iştirakçılar yekun təsnifatda müəyyən mövqe uğrunda yarışmaqda davam edəcəklər.

Dünya çempionu olmaq üçün "Tir A"da çıxış edən komanda ikinci mərhələdə ardıcıl beş oyunda qalib gəlməlidir. Heç-heçə qeydə alınarsa, əlavə vaxt oynanılmayacaq və qalib penaltilər seriyasında müəyyənləşəcək.

Altı divizionun həlledici oyunları oktyabrın 30-da Bakı Kristal Zalında keçiriləcək. Yalnız "Tir A"nın qalibi rəsmi U-15 dünya çempionu titulunu qazanacaq. Digər divizionların qalibləri müvafiq mükafatlara sahib olsalar da, dünya çempionu adını əldə etməyəcəklər.

Azərbaycan millisi 65-ci yer uğrunda kimlərlə mübarizə aparacaq?

Məlum olduğu kimi, Fəxmil Xəlilovun rəhbərlik etdiyi Azərbaycan millisi qrup mərhələsini AF qrupunda üçüncü pillədə başa vurub. Komanda beş oyunda 9 xal toplayıb.

Turnirin ev sahibi üç qələbə qazanıb, iki dəfə məğlub olub. Qrupda 15 xalla Avstraliya birinci, 12 xalla Haiti ikinci yeri tutub. Beləliklə, Azərbaycan futbolçuları dünya çempionatının ümumi təsnifatında 65–96-cı yerlər uğrunda mübarizə aparacaq "Tir C"də çıxış edəcəklər.

Azərbaycanla yanaşı, Fransa, Yaponiya, Hindistan, Belarus və Nigeriya kimi yığmalar da "Tir C"də daha yüksək mövqelər uğrunda yarışacaqlar.

"Tir C"nin tam tərkibi belədir:

Fransa (A), Malavi (B), Nikaraqua (C), Tunis (D), Çili (E), Liberiya (F), İndoneziya (G), Macarıstan (H), Şotlandiya (I), Yaponiya (J), Hindistan (K), Benin (L), Tailand (M), Yəmən (N), Belarus (O), Honduras (P), Lüksemburq (Q), Vyetnam (R), Trinidad və Tobaqo (S), Mozambik (T), Uqanda (U), Cəbəllütariq (V), Qazaxıstan (W), Moldova (X), Ruanda (Y), Panama (Z), Yeni Kaledoniya (AA), Kuba (AB), Namibiya (AC), Nigeriya (AD), Əfqanıstan (AE), Azərbaycan (AF).

Azərbaycan millisinin pley-off mərhələsindəki ilk rəqibi hələlik rəsmi olaraq açıqlanmayıb. İkinci mərhələnin oyunları oktyabrın 28-də başlayacaq.

İlk qarşılaşmada məğlubiyyət belə Azərbaycan millisinin turnirdəki çıxışını başa çatdırmayacaq. Komanda yekun sıralamada mümkün qədər yüksək mövqe tutmaq üçün mübarizəni davam etdirəcək. Ev sahibi yığmanın çata biləcəyi ən yüksək nəticə 189 iştirakçı arasında 65-ci yerdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:25

İngiltərə Liqa Kubokunun 1/8 finalı start götürür: "Liverpul" - "Çelsi" odak nöqtəsində, "Arsenal" üçün sərt sınaq

Futbol
Bu gün, 14:16

"Hoffenhaym" baş məşqçisi Kristian İlzer, xəstə Vensan Kompaniyə dəstək mesajı verdi

Futbol
Bu gün, 14:13

World Winners Cup Alanya 2026

Futbol
Bu gün, 14:05

Azərbaycan Kubokunda 12 oyun start götürdü: “Zirə” “Səbail”ə, “Araz-Naxçıvan” “Şimal”a qarşı

Qarabağ FK
Bu gün, 13:59

Aftandil Hacıyev: “Dinamo Zaqreb” qarşısında təcrübəmizi nəticəyə çevirməli, daha cəsarətli və keyfiyyətli oyun nümayiş etdirməliyik

Cüdo
Bu gün, 13:52

Abşeron-Xızı cüdo çempionatı Oktyabrın 31-də Sumqayıtda keçiriləcək

Futbol
Bu gün, 13:40

Andrey Fedilchenkov Liverpool skaut şöbəsinin rəhbəri olacaq

Cüdo
Bu gün, 13:29

Hidayət Heydərov 73 kq çəki dərəcəsində qalanı qəbul etdi və Əbu-Dabidəki "Böyük Dəbilqə" turnirinə bu divarda qatılacaq

Futbol
Bu gün, 13:24

Kristal Pelas İsmaila Sarrı satmaq istəmir, Liverpool və Qalatasaray hələ də maraqlanır;

Futbol
Bu gün, 13:21

Arçi Braun: Bardakçıya sərt sözlər, 'Qadın kimi cırmaq atırlar'

Futbol
Bu gün, 13:14

Tural Cəlilov: Şimal Araz‑Naxçıvanı ‘Aşkar favorit’ kimi qiymətləndirir

Futbol
Bu gün, 13:00

Bojan Letici: "PAOK mənə qəti şəkildə maraqlanır, lakin son anda tələb olunan məbləğ o qədər həddindən artıq idi ki, Real Madrid belə verməzdi"

Futbol
Bu gün, 12:44

Almaniya Kuboku: "Borussiya" "Verder"ə, "Bavariya" "Maqdeburq"a qarşı – 1/16 final mərhələsi başlayır

Futbol
Bu gün, 12:40

Milan, amerikalı hücumçu Kristian Pulişiç ilə müqaviləni uzadır

Güləş
Bu gün, 12:17

Azərbaycanın iki qadın güləşçisi və İslam Abbasov dünya çempionatında məğlub oldular;

Futbol
Bu gün, 12:00

«Səbail»in yeni transferi Sofian Budra: «Azərbaycanda oynayacağımı heç vaxt təsəvvür etməmişdim»

Cüdo
Bu gün, 11:59

Bakıda Braziliya ciu-citsu üzrə açıq turnir keçirilib - FOTO

Futbol
Bu gün, 11:51

London “Qızıl top” mərasimi: tıxaclar, əvvəlcədən açıqlanmış qaliblər və təhlükəsizlik hadisələri

Futbol
Bu gün, 11:41

Mbappe zarafatına görə Çində iki sponsorunu itirdi

Futbol
Bu gün, 11:40

Lozanna klubunun 37 milyard funt-sterlinqə satışı

Futbol
Bu gün, 11:37

Mbappe-ın Çin reklam skandalı: üç şirkət əməkdaşlığı dayandırdı

Basketbol
Bu gün, 11:32

Gəncə basketbol komandası Murad Dikməni yeni baş məşqçi kimi təyin etdilər

Basketbol
Bu gün, 11:14

Sabah: Nanter 92 qarşısında gərgin matçda daha yaxşı performans göstərməyimiz üçün fürsət

Oxşar xəbərlər