top
Bakı Kuboku: Uşaq futbolunun inkişafına həsr olunmuş turnir Report.az
18 mart 2026, 12:40
- ↺ +

"Bakı Kuboku": Uşaq futbolunun inkişafına həsr olunmuş turnir

"Neftçi" və Rusiyanın "Dinamo" (Moskva) klubunun birgə təşkilatçılığı ilə Anatoli Banişevskinin xatirəsinə həsr olunacaq "Bakı Kuboku"nu keçirməkdə məqsəd uşaq futbolunun inkişafını artırmaqdır.

Bunu "Report"a Bakı təmsilçisinin aşağı yaş qrupları üzrə koordinatoru İslam Kərimov deyib.

O, turnirin Azərbaycan futbolunun əfsanəvi hücumçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunduğunu xatırladıb:

"Bu il Anatoli Banişevskinin 80 illik yubileyidir. Bu gün isə "Neftçi"nin yaranmasından 89 il keçir. Biz uşaq futbolunun inkişafını artırmaq məqsədi ilə beynəlxalq turnir təşkil etmək niyyətindəydik. Belə qərara alındı ki, bunu Bakıda gerçəkləşdirək və Anatoli Banişevskinin xatirəsinə həsr edək. Bu, "Neftçi" klubunun təşəbbüsü ilə baş tutdu. Ölkə xaricindən 5 komanda yarışa qatılacaq. Daha əvvəl "Neftçi"nin baş məşqçisi olmuş Yuri Kuznetsovun oğlu Aleksandr Kuznetsov Moskva "Dinamo"sunu ölkəmizə gətirir".

İ.Kərimov "Bakı Kuboku"nun final oyununa "Neftçi"nin sabiq futbolçuları, Rusiyada oynamış və Banişevski ilə birlikdə çıxış etmiş veteran oyunçuların çağırıldığını söyləyib:

"Bunlar Kazbek Tuayev, İsgəndər Cavadov, Maşallah Əhmədov, Oktay Abdullayev, Asif Əliyev, Asim Xudiyev, Vladislav Qədirov, Tərlan Əhmədov, Arif Əsədov, Nazim Süleymanov və Vəli Qasımovdur. Turniri yüksək səviyyədə təşkil etməyi planlaşdırırıq. Qonaqlarımız Anatoli Banişevskinin məzarını ziyarət edəcəklər. Bütün iştirakçıların "Neftçi" - "İmişli" oyununa tribunadan baxması üçün şərait yaradacağıq. Həm də Novruz bayramı olduğu üçün adət və ənənələrimizlə onları tanış edəcəyik".

Xatırladaq ki, 2015-ci il və daha kiçik təvəllüdlü futbolçular arasında təşkil olunacaq turnir martın 19-dan 21-dək "Palms Sports" Futbol Mərkəzində baş tutacaq.

"Neftçi" B qrupunda "Dinamo (Voronej, Rusiya), "Göztəpə" (Türkiyə) və "Qarabağ" ilə mübarizə aparacaq. A qrupunda isə "Dinamo" (Moskva), "Beşiktaş" (Türkiyə), "Kayrat" (Qazaxıstan) və "Ulduz" komandaları yer alıblar. "Neftçi" martın 19-da "Dinamo" (Voronej) və "Qarabağ", 20-də isə "Göztəpə" ilə qarşılaşacaq.

Reqlamentə uyğun olaraq, martın 20-də A qrupunun qalibi B qrupunun ikincisi ilə, B qrupunun qalibi isə A qrupunun ikincisi ilə üz-üzə gələcək. Qruplarda 3-cü və 4-cü yeri tutan komandalar da eyni prinsip əsasında oyunlar keçirəcəklər.

Turnirin son günü – martın 21-də 7-ci, 5-ci və 3-cü yerlər uğrunda oyunlar, eləcə də final görüşü keçiriləcək. Həlledici matçdan sonra mükafatlandırma mərasimi təşkil olunacaq. "Bakı Kuboku" beynəlxalq turnirinin bütün oyunları "Neftçi" TV vasitəsilə canlı yayımlanacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Oxşar xəbərlər