top
Badalo Sabaha məğlubiyyətdən və Abdullazadə ilə gərginlikdən danışdı Sport24.az
20 mart 2026, 14:00
- +

Badalo "Sabah"a məğlubiyyətdən və Abdullazadə ilə gərginlikdən danışdı

"İlk hissəyə yaxşı başlaya bilmədik. Vurulan bütün qolları demək olar ki, rəqibə özümüz hədiyyə etdik. Növbəti görüşlərdə çalışacağıq ki, daha yaxşı çıxış edək". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Sedrik Badalo Misli Premyer Liqasının 25-ci turunda "Sabah"a məğlub olduqları oyundan sonra deyib.

27 yaşlı yarımmüdafiəçi ilk hissədə kapitan Səbuhi Abdullazadə ilə arasında yaşanan gərginliyə də aydınlıq gətirib:

"Kapitanla aramızda baş verən epizodun xüsusi səbəbi yox idi. Belə yüksək tempdə keçən oyunlarda bu cür hallar yaşana bilir. Sadəcə mövqelərimizi düzgün qura bilmirdik və bunu müzakirə edirdik. Heç bir ciddi problem olmadı".

Burkina Fasolu futbolçu komandanın hazırkı durumuna da toxunub:

"Açıq danışmaq lazımdır ki, komanda məğlub olub xal qazana bilmədikcə, hər şeyin qaydasında olduğunu demək düzgün olmaz. "Sumqayıt"a gəldiyim vaxtdan nəticələrimiz ürəkaçan deyil və bu, məni üzür. Bununla belə, Azərbaycanda olduğum üçün şadam və qətiyyən təslim olmaq fikrimiz yoxdur".

Qeyd edək ki, "Sabah" - "Sumqayıt" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:12

Türkiyə klubu Aytac Şərifova və Sevinc Cəfərzadə ilə müqaviləni uzadıb

Basketbol
Bu gün, 17:52

Neftçi SOCAR Dünya Qadın Seriyasında mübarizəni dayandırdı

Güləş
Bu gün, 17:27

Bakıda cüdo məşqçiliyi üzrə 150-ci proqramın iştirakçılarına sertifikatlar təqdim edilib

Futbol
Bu gün, 17:17

Sabah - Hapoel matçının biletləri satışa çıxarılıb

Futbol
Bu gün, 16:49

"Liverpul" və "Komo" heç-heçə edib

Güləş
Bu gün, 16:33

Azərbaycan güləşçisi Dünya Çempionatının Yarımfinalına Çıxdı

Boks
Bu gün, 15:59

Azərbaycanlı boksçular Avropa çempionatında 1/4 finala vəsiqə qazandı

Futbol
Bu gün, 15:29

Ozan Can Kökçünün sərgüzəştləri: qol, kəllə və “qırmızı”

Basketbol
Bu gün, 15:00

Neftçi basketbol klubu Ramazan Qarayevi transfer edib

Güləş
Bu gün, 14:38

Bakıda cüdo məşqçisi sertifikatlandırma mərasimi keçirilib

Futbol
Bu gün, 14:30

Aston Villa Jion Suzukinin transferi ilə maraqlanır

Qarabağ FK
Bu gün, 14:01

Abdullah Zubirin Qarabağdan vidalaşması

Basketbol
Bu gün, 13:30

Neftçi basketbol komandası 19 yaşlı mərkəz oyunçusunu heyətinə qatıb

Futbol
Bu gün, 13:00

Zirə mövsümün ilk oyununu Şəfa ilə keçirəcək

Tennis
Bu gün, 12:54

Azərbaycan Yeniyetmə Stolüstü Tennisçiləri Türkiyədə 4 Medala Sahib Olublar

Futbol
Bu gün, 12:37

AFFA-nın baş katibi "Sabahın Ulduzları" turnirini izləyib

Digər
Bu gün, 12:10

Azərbaycanda şose velosipedi üzrə Ölkə Kubokunun qalibləri müəyyənləşib

Futbol
Bu gün, 12:00

AFFA-nın baş katibi „Sabahın Ulduzları“ yarışını izlədi

Futbol
Bu gün, 11:30

Lissabon Sportinqi Avstraliya millisinin yarımmüdafiəçisini transfer etdi

Futbol
Bu gün, 11:23

Toral Bayramovun komandası Bursaspor Türkiyə Birinci Liqasında ikinci qələbəsini qazanıb

Futbol
Bu gün, 11:10

PSJ və Lans Fransa Superkuboku uğrunda qarşılaşır

Futbol
Bu gün, 10:00

Sumqayıt Premyer Liqanın ilk turunda Neftçiyə qarşı oyun keçirəcək

Futbol
Bu gün, 09:40

Çelsi oyunçu üçün 60 milyon avro tələb edir

Digər
Bu gün, 09:38

İslam Mahaçev UFC-də çempionluq kəmərini qoruyub

Oxşar xəbərlər