Azərbaycanlı daha bir futbolçu legioner həyatı yaşayacaq.
İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, U-17 yığma komandamızın üzvü Amin İmanverdiyev İspaniyada oynayacaq.
O, Üçüncü Liqada mübarizə aparan "Mursiya" ilə anlaşıb.
İmanverdiyevlə 3 illik müqavilə imzalanıb. Amin bundan öncə isə İspaniyanın "Osense" klubunun formasını geyinib.

