top
Azərbaycanın gördüyü ən yaxşı legioner qapıçılar – İDMAN.BİZİN REYTİNQİ İdman.biz
05 iyun 2024, 15:45
- ↺ +

Azərbaycanın gördüyü ən yaxşı legioner qapıçılar – İDMAN.BİZİN REYTİNQİ

"Qarabağ"ın futbolçusu Andrey Lunyovla yollarını ayırması ilə Azərbaycan çempionatı daha bir yüksək səviyyəli qapıçını itirib.

İdman.biz klublarımızda oynamış ən yaxşı legioner qapıçıların reytinq cədvəlini tərtib edib.

Təbii ki, futbolda yalnız bir mütləq kəmiyyət var. O da tabloda əksini tapır – qalib və ya məğlub, çempion və ya autsayder. Digər anlayışlar - ən yaxşı, ən güclü və bu tip ifadələr nisbidir, daim də subyektiv olur. Onilliklər boyu dünya "Pele, yoxsa Dieqo Maradona" sualına cavab tapmayınca sonra "Lionel Messi, yoxsa Kriştiano Ronaldo" ifadəsi üzərində baş sındırmağa başladı. "Tarixin ən yaxşısı kimdir" sualına cavablar isə 4 böyük hissəyə bölünüb və hətta digər variantlar da tapılır. Bir sözlə, hərənin öz versiyası var.

Bu isə bizim - İdman.bizin Azərbaycanda oynamış ən yaxşı legionerlərlə bağlı versiyasıdır.

1. Asmir Beqoviç
Dünyanın ən güclü çempionatından – Premyer Liqadan "Qarabağ"a gələn Bosniya və Herseqovina millisinin qapıçısı Ağdam klubunda cəmi yarım mövsüm oynayıb. Bizim çempionatla müqayisədə başqa planet deyil, hətta başqa qalaktika olan İngiltərə Premyer Liqasında 200-dən çox matçda forma geyinən, indiki "yarımcan" "Çelsi" deyil, Roman Abramoviçin "Çelsi"sində oynamış qolkiperin soyuqqanlılığı, özünəinamı haradan gəldiyini açıq-aşkar göstərirdi. Azərbaycandan sonra "Milan"a keçməsi və yenidən Premyer Liqaya qayıtması da onun siyahıda "1 nömrə" olmasına işarədir. Asmir "Qarabağ"da çox qısa müddət oynadığı üçün özünü azarkeşlərə sevdirməyə vaxtı olmasa da, səviyyəsini göstərməyə macal tapıb.

2. Andrey Lunyov
Beqoviç kimi ölkəmizə birbaşa "Böyük beşlik"dən gələn rusiyalı da "Qrabağ"da qısa müddət keçirib. Düzdür, o, Almaniyada oynamaqdan çox ehtiyatda oturub. Amma Bundesliqanın havasını udmaq da Azərbaycanda möhtəşəm mövsüm keçirməyə yetərlidir. Ölkəmizdə cəmi bir mövsüm oynayan Andrey Avropa Liqasının 1/8 finalına qədər gedən komandanın uğurunda pay sahiblərindən biridir. Çempionluqla kubokun qazanılmasına gəlincə, "Qarabağ" istənilən qapıçı, bəlkə lap qapıçısız da bu iki titulu qazan bilər.

3. İbrahim Şehiç
İlk "üçlük"də daha bir sabiq "Qarabağ"lı yer alıb. Ağdam klubunun qapıçılarının belə üstünlüyü başadüləndir. Avropadakı tarixi nailiyyətlər və daxili arenadakı hegemonluq da hər mövqenin oyunçuları kimi qapıçılar da böyük pay sahibi olublar. Azarkeşlərin çoxu üçün İbrahim Şehiç daha sevimli qolkiperdir. Amma uzun illər Bosniya və Herseqovina millisində Beqoviçin əvəzləyici olan və yalnız sonradan həmyerlisini heyətdən sıxışdıran Şehiçin karyerası da o qədər zəngin deyil. O, "Qarabağ"da daha çox oynaması, 5 çempionluq və 3 kubok qazanması, verdiyi fayda ilə digərlərini qabaqlasa da, ustalıq səviyyəsində Asmir və Andreylə ayaqlaşmaqda çətinlik çəkir.

4. Saşa Stamenkoviç
Əgər "Qarabağ" Avropada sözünü deyən yeganə komandamızdırsa, qrup mərhələlərinə bu cığırı açan "Neftçi" olub. Avropa Liqasındakı uğurda Bakı klubuna "Srvena Zvezda"dan keçən serbiyalının da xidmətləri az deyil. Saşa ikiqat çempionluq və kubok qazandığı paytaxt təmsilçisində 5 il keçirib. Sonradan ölkəmizə qayıdıb "Sabah"da oynayan serbiyalı Premyer Liqada ən çox oyun keçirən legioner qapıçıdır.

5. Dmitri Bezotosnı
Avrokubokların qrup mərhələsində komandalarımızın qapısını inamla qoruyan qapıçılar sırasında Bezotosnının da xüsusi yeri var. "Qəbələ"nin ardıcıl iki mövsüm dörd mərhələ keçməklə qrupa düşməsində ukraynalının böyük əməyi olub. Premyer Liqada 2 gümüş və 2 bürünc qazanan, kubokun üç finalında iştirak edən və birində qalib olan qolkiper 4,5 il ərzində "qırmızı-qaralar"ın qapısını əmin əllərdə saxlayıb. Dmitrinin karyerasının ən parlaq hissəsi də məhz ölkəmizdə keçib.

6. Georgi Lomaya
İlk "beşlik"də yer alanlar Avropada, qrup mərhələsində də özünü göstəribsə, gürcüstanlı əsasən daxili yarışlarda özünü yaxşı tərəfdən sübut edib. Moskva "Spartak"ının və Gürcüstan millisinin sabiq əlcək sahibi "İnter"də (indiki "Şamaxı"da) 7 il forma geyinib. Bakı klubunun ən yaxşılarından olan qolkiper bir çempionluq qazanıb. O, ölkəmizdən iki gümüş və iki bürünc medal da aparıb və kubokun finalçısı da olub.

7. Xalidu Sissoko
Seneqal millisinin sabiq qapıçısının klub karyerasının ən yaxşı illəri "Bakı"da keçib. O, Azərbaycanda keçirdiyi 8 ildə "zolaqlılar"ın aparıcı simasına çevrilib. Sissoko "Bakı"nın tarixi ərzindəki bütün titullarda pay sahibi olub: iki dəfə ölkə çempionu və üç dəfə kuboku qalibi adını qazanıb. Onun hesabında bir gümüş və bir bürünc də var.

Düzdür, ölkəmizdə onlarla başqa legioner qapıçı da oynayıb. Onlar arasında Vladimir Miçoviç, Boyan Pavloviç, Miro Varvodiç, Pavel Doroşev kimi az-çox özünü göstərənlər olsa da, reytinqimizin "Top-7"si ilə müqayisədə geri qalırlar. Onların uğurları əsasən daxili arena, maksimum avrokubokların təsnifat mərhələsi ilə məhdudlaşıb.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Oxşar xəbərlər