Azərbaycanın qadınlardan ibarət U-17 millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü matçını keçirib.
İdman.Biz xəbər verir ki, Nərgiz Qurbanovanın yetirmələri B Liqasının 3-cü qrupunda Farer adaları ilə qarşılaşıblar.
Sloveniyada keçirilən görüş Farer adalarının 6:1 hesablı qələbəsi ilə bitib.
Yığmamızın yeganə qolunu 42-ci dəqiqədə Könül Hüseynova vurub.
Xatırladaq ki, U-17 millimiz daha əvvəl Belçika (0:11) və Sloveniyaya (0:3) uduzub.