Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə tətbiq olunacaq legioner limiti bəlli olub.
İdman.biz xəbər verir ki, bunu AFFA-nın İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov açıqlayıb.
O bildirib ki, növbəti mövsümdə legioner limiti dəyişməz qalacaq. Növbəti mövsümdə də hazırkı limit tətbiq olunacaq. Hər komandanın heyətində meydanda eyni vaxtda ən azı 4 yerli, maksimum 7 legioner olacaq.
Amma 7+4 sistemi 2025/26 mövsümündə dəyişdirilə bilər. Həmin vaxt 8+3-ə keçilməsi müzakirə olunacaq.
İdman.biz