top
Azərbaycan - İslandiya oyunu: Təbillər, ümidlər və puç olan arzular Idman.biz
14 noyabr 2025, 15:19
- ↺ +

Azərbaycan - İslandiya oyunu: Təbillər, ümidlər və puç olan arzular

Saat 20:30. "Səkkizinci kilometr" stadionu hələlik seyrəklikdir - Azərbaycan və İslandiya yığmaları arasında 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunun start fitinə yarım saat qalıb. Qarşılaşma prinsipialdır: futbolçularımız Reykyavikdəki 0:5 hesablı ağır məğlubiyyətdən sonra özlərini reabilitasiya etmək üçün meydana çıxırlar.

Tribunalar yavaş-yavaş dolur. Elə bil azarkeşlərin bir qismi gücünü və büdcəsini daha çox növbəti - Fransaya qarşı oyuna saxlayıb. Amma say az olsa da, tribunadakı səs ürəkdən gəlir: islandların qapısı arxasındakı fan-sektor artıq Azərbaycan bayraqlarını açıb, azarkeşlərin əlindəki təbillərin ritmi stadionun beton divarlarında əks-səda verir.

Komandalar meydana çıxır. Əvvəlcə İslandiyanın himni səslənir. Futbolçular onu tribunadakı azsaylı azarkeşləri ilə birlikdə oxuyurlar. Azarkeşləri tribunada demək olar ki, seçmək olmur, amma mavi-ağ rəngli şərflər və papaqlarla onları tapmaq mümkündür.

Ardınca Azərbaycanın himni səslənir. Bayraqlar havaya qalxır, stadion himni bir ağızdan oxuyur. Alqışlar. Oyun başlayır və dərhal tribunadan fit səsləri yüksəlir, çünki topa ilk olaraq İslandiya sahib olur.

İlk dəqiqələrdən qonaqlar toparlanmış və aqressiv təsir bağışlayır; ötən qələbənin güvəni sanki meydanda hiss olunur. Komandamız uzun müddət ritm tutmaqda çətinlik çəkir və faktiki olaraq müdafiə olunur. Tribunada komandamıza dəstək və rəqibə qarşı fit səsləri bir-birinə qarışır. Fanatlar aktiv şəkildə yığmanı irəli səsləsə də, tamaşaçıların böyük qismi sadəcə izləməklə kifayətlənir. Əsas səs-küy mənbəyi isə yenə həmin fan-sektordur.

19-cu dəqiqədə tribunaların qorxduğu baş verir: qonaqlar hesabı açır. Stadionu uğultu bürüyür, island azarkeşləri isə təmkinlə ayağa qalxıb emosiyasız şəkildə alqışlayırlar - qonaq meydanda, say çox olmayan halda coşqu göstərmək çətindir. Tribunada dərhal müzakirələr başlayır: "Axı keçən dəfə Fransaya qarşı ilk qolu 45-ci dəqiqədə buraxmışdıq... Bu necə oldu?". Kimsə ofsayd ümidinə düşür, amma VAR qolu təsdiqləyir. Oyun davam edir.

Fasiləyə qədər daha bir zərbə gəlir. 0:2 - İslandiya üstünlüyü artırır. Stadion bir anlıq donur: heç kim topun necə qapımıza düşdüyünü dərhal anlamır. Tribunada və media lojada günahkar axtarışı başlayır: kimisi epizodu telefondan geri çəkib baxır, kimisi asta səslə, "Aydın Bayramov topu itirdi... çaşdı", - deyir.

İki qola baxmayaraq, azarkeşlər rəqibi fitə basmaqda davam edir, onları oyundan çıxarmağa çalışırlar. Hakim ilk hissəyə iki dəqiqə əlavə edir, fanatlar isə son anlarda yenidən canlanır, "Azərbaycan! Azərbaycan!" şüarı ilə oyuna rəng qatırlar. Jurnalistlər isə artıq fasiləyə çıxır: gənclər sendviç ardınca, təcrübəlilər isə isti çay üçün gedir.

İkinci hissə daha dinamik başlayır. Həm komanda, həm də tribunalar enerji toplayır. Futbolçularımız daha sərt oyuna keçir, rəqib qapısı qarşısında təhlükəli epizodlar yaratmağa başlayırlar. Hər uğurlu ikili mübarizə, hər gözəl fint və qapıçı qurtarışında stadion alqış səsləri ilə dolur.

İslandiya futbolçuları isə yerdə qalmaq və hakimə etiraz etməklə cavab verir – tribunalar isə buna "Aktyorlar!" şüarı ilə reaksiya göstərir.

Tribunalar tədricən o qədər canlanır ki, tamaşaçılar kresloya söykənib oturmur, irəli əyilərək gözlərini oyundan ayırmır. Hamının fikri birdir: "Heç olmasa bir qol…". Fan-sektor telefon işıqlarını yandırıb yuxarı-aşağı yelləməyə başlayır, stadionun böyük qismi də onları izləyir. Ümid son saniyəyədək havada qalır.

Amma final fitindən sonra o ümid sönür: 0:2. Kimisi əsəbiləşir - "Bir qol da vurmadılar…" Kimisi isə dərindən nəfəs alır: "Heç olmasa beş olmadı…"

Mətbuat konfransında baş məşqçilərin əhvalı tam fərqlidir. İlk olaraq Arnar Qunnlaunqsson çıxış edir. O, nəticədən açıq şəkildə məmnundur və etiraf edir ki, Azərbaycan tərəfdən daha çox təzyiq gözləyirmiş - meydan amili fərqli təsir edə bilərdi, amma ev sahibinin zəif startı İslandiyanın işini xeyli asanlaşdırıb. O, Fransa - Ukrayna oyunu barədə sualı gülümsəyərək qarşılayır və mətbuat konfransından sonra həmin qarşılaşmaya baxmağı planlaşdırdığını deyir. Onun Fransaya arzuladığı qələbə reallaşır.

Ardınca jurnalistlərin önünə Ayxan Abbasov çıxır. Suallar ənənəvi "keçmiş olsun"la başlayır. Məşqçinin üzündə həm narazılıq, həm də məyusluq hiss olunur: onun ən azı bir qol və daha inamlı oyun gözlədiyi aydın görünür. Qarşıda daha güclü Fransa millisi olduğu üçün bu matç, bəlkə də, komandanın əldən qaçırdığı fürsət idi.

Növbəti oyun 16 noyabrda Fransa millisi ilə olacaq. Bir şey dəqiqdir: tribunada azarkeş sayı qat-qat çox olacaq. Amma dəstək də bir o qədər çox olacaqmı? Yoxsa stadion Kilian Mbappenin azərbaycanlı azarkeşlərlə fan-görüşünə çevriləcək? Bu sual hələ açıq qalır.

Leyla Eminova

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 17:35

Rəvan Abbaszadə K-1 üzrə dünya çempionu oldu: Azərbaycan bayrağı ilə qeyd etdi, İDMAN.BİZ-ə müsahibə verdi

Futbol
Bu gün, 17:20

Bavariya direktoru Haaland transferini müzakirə etməyəcəklər

Basketbol
Bu gün, 17:19

U-14 basketbol millimiz Serbiyada təlim-məşq toplanışına qatılacaq

Futbol
Bu gün, 17:15

Liverpul Vircil van Deyk ilə 1 illik yeni müqavilə imzalamağı nəzərdən keçirir

Futbol
Bu gün, 17:00

Hakman “qara siyahı”da: Məşqçi Kurban Berdiyev Turan Tovuzun müdafiəçisinə etimadını itirdi

Futbol
Bu gün, 16:59

Rüfət Abbasov: «Neftçi» 90 illik yubileyində çempionluq hədəfləyir, liderliyə yüksəlmək bize psixoloji üstünlük verir

Futbol
Bu gün, 16:50

Neftçi Palms Sports Mərkəzində bərpa məşqini keçir

Futbol
Bu gün, 16:40

Fənərbağça futbolçusu Vedat Muriqi La Liqada transferi üçün maraq doğurub

Futbol
Bu gün, 16:29

Azərbaycan II Liqası: Ağdaş Küren-Arazla heç-heçə etdi, Difai Hypersi məğlub etdi

Futbol
Bu gün, 16:29

İngiltərə Premyer Liqasının üç klubu Morqan Qibbs-Uaytı izləyir

Futbol
Bu gün, 16:20

Stanislav Çerçesov “Axmat” klubundan çıxmağa hazırlaşır

Futbol
Bu gün, 16:15

Uşaq futbolunun inkişafında durğunluq qarşısı alınmalıdır – Vəli Qasımov

Futbol
Bu gün, 16:13

Cristiano Ronaldun Özbəkistana səfəri ləğv edildi

Güləş
Bu gün, 15:58

Kayl Deyk: "Arseniy Djioyev ilə dünyalar finalında gərgin anlar yaşanıb, məşqçim də təşvişə gəldi"

Voleybol
Bu gün, 15:46

Azərbaycanın 16 yaşadək oğlan və qız voleybol milliləri EEVZA Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək

Olimpiada
Bu gün, 15:39

Avropa çempionu Siara Macian toyundan bir neçə həftə sonra vəfat etdi

Digər
Bu gün, 15:30

Gənclər və İdman Nazirliyinin 'Üzməyi öyrənək' layihəsi 8-ci dəfə təşkil olunacaq

Cüdo
Bu gün, 15:27

Balabəy Ağayev Dünya Cüdo Reytinqində Əhməd Yusifovun Əvəzinə Lider olmuşdur

Olimpiada
Bu gün, 15:20

Avstraliyanın Kvinslendində 3 metr uzunluğunda timsah 2032-ci Olimpiya ərazidə aşkar edildi

Basketbol
Bu gün, 15:14

ABF rəhbəri Azərbaycan basketbol klublarının Avropa Kubokundakı şanslarını qiymətləndirdi

Futbol
Bu gün, 15:00

Fənərbaxçanın yeni baş məşqçisi Sergio Konseysao ilə ortaq məxrəcə gəldi

Futbol
Bu gün, 14:59

“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior həm karyerasında, həm də şəxsi həyatında problemlərlə üzləşir

Futbol
Bu gün, 14:40

Tibo Kurtua "Real"ın tarixində ən çox matça çıxan 3-cü qapıçı olub

Minifutbol
Bu gün, 14:30

Araz-Naxçıvan: UEFA Çempionlar Liqasında uğursuzluq, Sadıqov rəqiblərin gücü haqqında

Oxşar xəbərlər