top
Azərbaycan çempionuna yeni kubok veriləcək İdman.biz
17 may 2024, 14:16
- ↺ +

Azərbaycan çempionuna yeni kubok veriləcək

Peşəkar Futbol Liqası Azərbaycan çempionatlarında qaliblərə veriləcək yeni kubok və medalları təqdim edib.

İdman.biz xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Azərbaycan Premyer Liqasının yeni kuboku xüsusi dizaynla hazırlanıb. Kubokun hündürlüyü 68 santimetr, çəkisi 9 kiloqramdır.

Çempionun mükafatı gümüş örtüklə cilalanıb. Kubokun aşağı hissəsində 10 komandanın çempionluq uğrunda mübarizə aparması, üzərində Premyer Liqada iştirak edən hər bir komandanın öz ulduzu əks olunub. Bütün rəqiblərini qabaqlayaraq çempion olan komandanın ulduzu digərlərindən ölçüsünə görə fərqlənir.
Kubokun üzərində Azərbaycan bayrağı təsvir olunub.

Bu, bütün anların üçrəngli bayrağımızın altında yaşandığını əks etdirir. Kubokun tutacaq hissələrində birlik və bərabərliyin təcəssüm ilə yanaşı, tarixi irsimizdən hər zaman güc alıb, buna söykənərək ucalara qalxa biləcəyimizi nümayiş etdirən buta ornamentləri təsvir olunub.
Ümumilikdə kubokda bütün Azərbaycan xalqının, eləcə də futbol ictimaiyyətinin şanlı bayrağımızın altında bir olması və tariximizdən güc alaraq ucalara qalxmasının mümkünlüyü müxtəlif simvollarla əksini tapıb.

Əvəzedicilər Liqası, I Liqa və II Liqanın qalibinə verilən kuboklar da xüsusi dizayn ilə hazırlanıb. Burada hər bir liqanın xüsusiyyətlərini özündə əks etdirən məqamlar qeyd olunub. Kuboklarda liqada çıxış edən komandaların saylarına və hədəflərinə xüsusi işarələr öz əksini tapıb.

Qeyd edək ki, yarışlarda qalib və mükafatçılara veriləcək medallar da yeni dizaynda hazırlanıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 11:25

İtaliyada keçirilən 5-ci Aere Trampoline Cup turnirində Azərbaycan gimnastları beş qızıl və bir gümüş medal qazandı

Futbol
Bu gün, 11:12

Müdafiəçi Rüfət Abbasov: "Yalnız qələbə üçün hazırıq"

Futbol
Bu gün, 11:07

Ayxan Abbasov: Litva qarşısında daha yaxşı oyun göstərməliyik

Futbol
Bu gün, 09:00

U-20 millimiz Qəbələdə Moldova ilə yoldaşlıq oyunu keçirir

Futbol
Bu gün, 08:00

Liverpool, Alman futbolçu Florian Wirtzi performansını yaxşılaşdırmasa, 2027-ci ildə transferə çıxara bilər

Futbol
Bu gün, 05:10

Barcelona Artur Diasın transferi üçün Rafinha’dan kömək gözləyir

Futbol
Bu gün, 03:18

Juventusun Bruno Fernandesi transferi üçün 50‑60 milyon avro tələb – ciddi maliyyə maneəsi

Futbol
Bu gün, 02:14

Edin Çeko milli komandadakı son oyununu fəxri dəhlizlə başa çatdırdı

Futbol
Bu gün, 01:38

Levandovski 7 il sonra Polşa millisində hat-trik vurdu

Futbol
Bu gün, 01:02

Tottenham və Liverpool Kaoru Mitomanı transfer üçün maraqlandırır

Futbol
Bu gün, 00:43

Luis de la Fuente, Ronaldun Portuqaliya millisinin düşərgəsini tərk etməsi barədə şərh verməkdən imtina etdi

Futbol
Dünən, 22:55

U-20 milli komanda baş məşqçisi: Yolumuz hələ əvvəlində, Moldova ilə dostluq matçı yaxınlaşır

Futbol
Dünən, 21:58

Nunu Mendeş, Ronaldun milli komandadan ayrılmasına münasibətini açıqladı

Minifutbol
Dünən, 21:26

U-19 futzal millimiz Xorvatiya, Ukrayna və Yunanıstanla bir qrupda

Futbol
Dünən, 20:57

PSJ hücumçusu Ferran Torres İspaniya millisində zədələnib

Basketbol
Dünən, 20:38

Sumqayıt, NTD-ni 111:94 hesabı ilə məğlub etdi;

Futbol
Dünən, 17:31

Neftçi dostluq oyununda Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Futbol
Dünən, 16:45

U-20 milli komandamızın heyətində Həzrət Səmədovun zədə səbəbindən çıxması

Futbol
Dünən, 11:39

Ayxan Hüseynov: “0:0 dəyən oyundan sonra qələbə üçün daha çox çalışmalıyıq”

Futbol
Dünən, 11:23

Lixtenşteyn yarıpeşəkar yığmasının Bakıdakı 0:0 nəticəsinə mediya və rəsmi orqanların reaksiyası

Futbol
Dünən, 11:08

Gəncəbasar futbolçusu Kəpəzlə sınaq matçı öncəsi hazır olduğunu bildirdi

Futbol
Dünən, 09:41

UEFA Millətlər Liqası: Günün əsas oyunları və qrup mübarizələri

Basketbol
Dünən, 09:38

Maykl Cordanın 1998-ci NBA finalının forması 12,26 milyon dollara rekord qiymətə satıldı

Futbol
Dünən, 09:20

Qana millisinin baş məşqçisi Karluş Keyroş 3 ayda ikinci dəfə istefa verdi

Oxşar xəbərlər