Futbol üzrə Azərbaycan çempionatının I Liqası və Əvəzedicilər liqasının bombardirləri mükafatlandırılıb.
İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
2023/2024 mövsümünün bombardirlərinə xüsusi hədiyyələr təqdim olunub. MOİK-in hücumçusu Elmir Rəhimzdə 17 qolla I Liqada, "Qəbələ-2" komandasının futbolçusu Sənan Ağalarov 30 qolla Əvəzedicilər liqasında mövsümünün ən sərrast futbolçusu olub. Onlara mükafatları Peşəkar Futbol Liqasında qurumun prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib.
İdman.biz