top
Azər Salahlı: Kollektiv oyunumuz uğurumuzun əsas səbəbidir Idman.biz
25 dekabr 2025, 10:27
- ↺ +

Azər Salahlı: "Kollektiv oyunumuz uğurumuzun əsas səbəbidir"

"Komanda şəklində kompakt oynayırıq. Bizdə individual oyunçular o qədər də çox deyil".

Bunu "İmişli"nin futbolçusu Azər Salahlı sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Misli Premyer Liqasının 16-cı turunda səfərdə "Zirə" ilə heç-heçə etdiniz. Oyun haqda nə deyə bilərsiniz?

- ⁠İlk növbədə matçın çətin keçəcəyini bilirdik. Çünki rəqib bu mövsüm "3-lüy"ə namizəd komandalardan biridir. Çox gözəl futbol nümayiş etdirirlər. Qarşılaşma bizim üçün çətin alındı. İkinci növbədən oynamağa məcbur idik. Şanslarımızı əks hücumlarda dəyərləndirmək istəyirdik. Heç-heçə alındı, düşünürəm ki, bu rəqibə qarşı pis nəticə deyil. İlk olaraq yaxşı dincələcəyik, daha sonra mövsümün ikinci yarısına hazırlaşacağıq.

- Birinci dövrədə də komandaların dueli heç-heçə ilə yekunlaşmışdı. Sizcə, rəqib niyə sizi məğlub edə bilmir?

- ⁠Komanda şəklində kompakt oynayırıq. Bizdə individual oyunçular o qədər də çox deyil. Bizim üstünlüyümüz kollektiv şəkildə birlikdə olmağımızdır. Düşünürəm ki, bunun ən böyük səbəblərindən biri də məhz odur.

- Mövsümün ilk yarısını necə dəyərləndirirsiniz, 2025-ci ili istədiyiniz, arzuladığınız yerdə başa vurdunuz?

- ⁠Bizim texniki məğlubiyyətimiz də oldu. Həmin qarşılaşmada qalib gəlmişdik. Buna baxmayaraq yaxşı oynadığımız matçlar, qaçırdığımız penaltiləri də vurğulamalıyam. İndikindən daha çox xal toplaya bilərdik. İlk mövsüm üçün bu da pis nəticə deyil. İrəliyə baxmalıyıq.

- Misli Premyer Liqasında legioner limiti ləğv olunsa da siz komandanın heyətində daim meydana çıxırsınız. Necə düşünürsünüz, limitin ləğvi azərbaycanlı futbolçulara təsir edibmi?

- ⁠Əlbəttə. Birmənalı şəkildə pis təsir edir. Çünki bir çox yerli oyunçu komandasında forma şansı əldə edə bilmir. Mən meydana çıxıramsa, bu o demək deyil ki, bununla razıyam. Xeyr. Əsla bununla razı deyiləm. İstəyərdim ki, yerli futbolçularımız da şans əldə etsinlər.

- Daha əvvəl Azərbaycan millisinin də formasını geyinmisiniz. Mövsümün əvvəlindən də stabil çıxış edirsiniz. Növbəti toplanışlarda dəvət almaq ehtimalını necə görürsünüz?

- ⁠Son toplanışda da dəvət gözləyirdim. Çağırılmadım. Amma çalışıram. Hədəflərimdən biri də milliyə qayıtmaqdır. Bunun üçün əlimdən gələni edirəm.

- Misli Premyer Liqada sizinlə maraqlanan klublar var. Komandanı dəyişmək ehtimalınız varmı?

- ⁠Hazırda "İmişli" ilə müqaviləm var. Düşünürəm ki, pis də təsir bağışlamırıq. İndi bütün fikrim bu komanda ilə uğurlar əldə etməkdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:41

Van der Vart: “Real Madrid” “Barselona”nı cəzalandıracaq”

Digər
Bu gün, 20:27

"Atletiko" argentinalı yarımmüdafiəçi ilə maraqlanır

Digər
Bu gün, 20:23

“Bavariya”nın baş məşqçisi huşunu itirdi - Təcili xəstəxanaya çatdırıldı

Futbol
Bu gün, 20:10

Araz‑Naxçıvan – Qəbələ matçının video icmalı: Qəbələ 2-1 qalib gəldi

Futbol
Bu gün, 20:09

Yuri Maksimov: Qolları rəqibə veririk, öz qol vurmamız çətindir

Futbol
Bu gün, 19:58

Kriştianu Ronaldo 982-ci qol vurdu, Al‑Nəsr 3:1‑ə qalib gəldi

Boks
Bu gün, 19:51

Azərbaycan millisinin üç boksçusu U-15 Avropa çempionatının finalına yüksəldi

Qarabağ FK
Bu gün, 19:37

“Qəbələ”nin baş məşqçisi: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”

Futbol
Bu gün, 19:35

Neftçi Turan Tovuzla matçın hazırlığını başa çatdırdı

Digər
Bu gün, 19:30

FIFA açıqladı: Azərbaycan futboluna 17,9 milyon dollar vəsait ayrılması təsdiqlənib

Digər
Bu gün, 19:28

Derbi öncəsi “Qalatasaray”da narahatlıq

Futbol
Bu gün, 19:20

Qadınlar klubları Dünya Çempionatı 2028-ci ildə ABŞ‑da keçiriləcək

Digər
Bu gün, 19:13

“Kür” komandası Azərbaycanda yeganə həndbol komandasıdır, deyə Mirzəyev bildirib

Futbol
Bu gün, 18:59

Puxaç: “Yamala meydanda rahatlıq verməyəcəyəm”

Digər
Bu gün, 18:45

“Mançester Yunayted” rəhbərliyi Karriki deyil, futbolçuları günahlandırır

Digər
Bu gün, 18:37

Yuri Maksimov: “Hər oyunda özümüz öz qapımıza qol gətiririk”

Digər
Bu gün, 18:29

“Beşiktaş”da ciddi itki

Digər
Bu gün, 18:25

“Napoli” - “Roma”: A Seriyasının səkkizinci turunda Alleqri üçün imtahan - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 18:17

Yeton Bekiri: Qısa müddətdə stabil komanda yaratmaq çətindir

Güləş
Bu gün, 18:13

Azərbaycan yığması Astanada Güləş üzrə Dünya Çempionatına çıxışa hazırlanır: Əsas iddiaçılar və medal ümidləri

Qarabağ FK
Bu gün, 18:10

“Qarabağ” və “Kəpəz”in əvəzedicilərinin məğlubiyyəti

Qarabağ FK
Bu gün, 17:58

Samir Əliyev: Çempionluqda artıq Neftçi də qoşuldu, üç komanda mübarizə aparır

Digər
Bu gün, 17:47

Kovaç yenidən Bakını xatırladı: “Borussiya” rekord 11 min kilometr yol qət edib”

Digər
Bu gün, 17:35

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib

Oxşar xəbərlər