top
Azər Bağırov: İmişliyə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik Idman.biz
Bu gün, 21:10
- ↺ +

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Misli Premyer Liqasının doqquzuncu turunda "İmişli"yə səfərdə 1:2 hesabı ilə məğlub olan "Şamaxı"nın baş məşqçisi Azər Bağırov qarşılaşmanı dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında məğlubiyyətin əsas səbəbi kimi futbolçularının buraxdığı səhvləri göstərib.

Bağırov rəqib komandada baş verən məşqçi dəyişikliyini nəzərə aldıqlarını və futbolçularını buna uyğun hazırlamağa çalışdıqlarını bildirib.

"Qarşılaşmanın çətin olacağını əvvəlcədən bilirdik. "İmişli"də baş məşqçi dəyişikliyi olmuşdu və biz də hazırlığımızı buna uyğun qurmuşduq. Lakin ilk hissədə ötürmələr zamanı çoxlu səhvlərə yol verdik. Ən çox təəssüfləndirən məqam odur ki, rəqib hər iki qol epizodunda təhlükəli vəziyyəti özü yaratmadı. Qollar bizim səhvlərimizdən sonra vuruldu", - deyə çalışdırıcı qeyd edib.

Baş məşqçinin sözlərinə görə, fasilədən sonra "Şamaxı" daha yaxşı oyun nümayiş etdirib və hesabı bərabərləşdirməyi bacarıb. Lakin qarşılaşmanın sonlarında təyin olunan penalti komandanın məğlubiyyəti ilə nəticələnib.

"İkinci hissədə toparlandıq, oyuna yaxşı başladıq və qolumuzu vurduq. Təəssüf ki, son dəqiqələrdə qapımıza penalti təyin olundu. Həmin epizodun hakimlər tərəfindən necə qiymətləndirildiyini bilmirəm. Bu məsələyə çox qarışmaq istəmirəm", - deyə Bağırov bildirib.

Mütəxəssis komandasının qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə etmək üçün çalışacağını vurğulayıb.

"Məğlub olduq, amma yolumuza davam etməliyik. Daha güclü və möhkəm kollektiv formalaşdırmağa çalışacağıq. Qarşımıza çıxan çətinlikləri aradan qaldırmaq istəyirik. İnanıram ki, hər şey yaxşı olacaq və növbəti matçlara daha hazırlıqlı çıxacağıq", - deyə baş məşqçi fikrini tamamlayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Bu gün, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Bu gün, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Bu gün, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Qarabağ FK
Bu gün, 21:01

Dambrauskas: Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq

Qarabağ FK
Bu gün, 20:59

Dambrauskas: 0:0 nəticəni ədalətli hesab edir, futbolçuları Avropa transferlərinə sevinclidir

Cüdo
Bu gün, 20:55

Gənc cüdoçularımız Düşəbədə keçirilən Qran-pri turnirində 5 medal qazandı

Qarabağ FK
Bu gün, 20:48

Qurbanov: “Texniki səhvlərimiz çox, fiziki hazırlığı artırmalıyıq”

Futbol
Bu gün, 20:41

FIFA U-15 Dünya Çempionatında Azərbaycan millisi Avstraliyaya 1:3 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 20:39

Hoffenheim 3-0 Bayer: Üç qol ilə Bundesligada qalib

Qarabağ FK
Bu gün, 20:34

Qurban Qurbanov: "Sabah"la 0:0 hesablı heç-heçə edən "Qarabağ"da texniki səhvlərə baxmayaraq mübarizədən qopmadıq"

Güləş
Bu gün, 20:27

Sənan Süleymanov: Bir ay əvvəl dünya çempionu olacağımı yazmışdım, indi qızıl medal qazanmışam

Futbol
Bu gün, 20:19

Monako, Lillə 1:1 tarazlıqda bitirdi

Qarabağ FK
Bu gün, 20:15

Sabah vs Qarabağ 0‑0: Mərkəzi oyunda bərabərlik

Futbol
Bu gün, 20:02

Premyer Liqa: Manchester United evində 0:3 məğlub oldu, Liverpool isə 2:0 qalib gəldi

Cüdo
Bu gün, 19:45

U-17 ne‑vaza ACF Kubokunun ilk günündə 198 cüdoçu yarışdı

Cüdo
Bu gün, 19:33

Azərbaycan millisi Düşənbədə Qran-Pri cüdo turnirində beş medal qazanıb

Cüdo
Bu gün, 19:27

U-17 cüdoçuların ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri ACF-də elan edildi

Futbol
Bu gün, 19:04

Atletik 4-0 Xetafe: La Liqada dörd qol

Futbol
Bu gün, 18:59

Konyaspor Gənclərbirliyi 2-0 məğlub etdi

Güləş
Bu gün, 18:40

Ukraynada təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibov bürünc medal uğrunda mübarizə aparacaq

Futbol
Bu gün, 18:13

Real Madrid El‑Klasiko öncəsi qapıçısı Kurtua qrip səbəbiylə oyun verməyəcək

Futbol
Bu gün, 18:05

Azər Bağırov: "Rəqib heç nə yaratmadı, qolları öz səhvlərimizdən buraxdıq"

Oxşar xəbərlər