top
Ayxan Abbasov uşaq futbolunun 17-19 yaş problemini açıqca bəyan etdi Idman.biz
Bu gün, 15:33
- ↺ +

Ayxan Abbasov uşaq futbolunun 17-19 yaş problemini açıqca bəyan etdi

"Əsas qələbə idi, bu gün qələbə qazandıq. Qrupdakı vəziyyətimizi yaxşılaşdırdıq. Uşaqlar da yaxşı oynadılar. Görünür ki, ilk oyundan fərqli çıxış etdilər, çünki ilk matçda daha çox həyəcanlı idilər".

Bunu Azərbaycan futbol millisinin baş məşqçisi Ayxan Abbasov FIFA U-15 dünya çempionatının qrup mərhələsində yığma komandanın İsraillə (3:1) oyundan sonra deyib.

O, millinin çıxışını dəyərləndirərək bu turnirdə iştirakın gənc futbolçular üçün böyük təcrübə olduğunu bildirib.

"Əsas odur ki, bu turnirdə iştirak edək, təcrübə qazanaq, fərqli ölkələri görək. Dediyim kimi, bu, həmin uşaqların karyerasında böyük bir məqam olacaq. 15 yaşında dünya çempionatında iştirak etmək həmişə yaddaşlarında qalacaq", - deyə o teleqraf.az-a açıqlamasında söyləyib.

Ayxan Abbasov bu nəslin futbolçularının fiziki inkişafı barədə də fikirlərini bölüşüb. O, bu yaşda oyunçuların fiziki göstəriciləri haqqında qəti fikir söyləməyin tez olduğunu vurğulayıb:

"Ölkələrə baxsanız, məsələn, Uruqvay komandasını izlədim. Onlar da bizim kimi fiziki cəhətdən yaxşıdırlar. Burada yaxşı komandalar çoxdur. Bu yaşda tam fikir söyləmək olmaz. Bilirsiniz ki, uşaqların inkişaf dövrü 17-19 yaşa qədər dəvam edir. Bu göstəricilər dəyişəcək. Bugünkü vəziyyətlə kifayətlənib hansısa qərar verə bilmərik. Çünki futbolçuların fiziki göstəriciləri 19-20 yaşa qədər dəyişir".

Mütəxəssis yeniyetmə futbolçuların peşəkar səviyyəyə yüksəlməsi üçün əsas diqqətin 17-19 yaş aralığına yönəldilməli olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda məhz bu yaş dövründə bir sıra problemlər ortaya çıxır:

"Mən 15-16 yaşdan çox, 17-19 yaş aralığını qeyd edərdim. Azərbaycanda bu yaşda problem var. Çünki həmin dövr keçid mərhələsidir. Məktəbi bitirmək, ali məktəbə daxil olmaq, hərbi xidmət kimi məsələlərə görə bir çox futbolçu karyerasını davam etdirə bilmir".

Baş məşqçi bu mərhələdə klubların üzərinə böyük məsuliyyət düşdüyünü və istedadlı oyunçulara fərdi yanaşmanın vacibliyini qeyd edib:

"Bu məsələdə klubların üzərinə iş düşür. Bu gün ən çox nəyə önəm verməliyik? Potensialı və istedadı olan futbolçulara fərdi yanaşmalıyıq. Klublar bu istiqamətdə çox çalışmalıdırlar ki, potensiallı futbolçularımızı itirməyək. Həqiqətən, bu gün yaxşı müdafiəçilərimiz var, hücumçumuzun da boyu çox yaxşıdır. Belə futbolçuları itirməməliyik, çünki onların sayı azdır. Gələcəkdə milli komandaya daha çox namizəd yetişdirmək üçün hər klubda 200 futbolçu yetişdirmək lazımdır".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:24

Messi 2026 Qızıl Top təqdimat mərasiminə qatılmayacaq

Futbol
Bu gün, 16:20

Lokomotiv futbolçularının da olduğu Moskva qatarına dron hücumu

Digər
Bu gün, 16:08

Birbank “7 gözəl gün” kampaniyası: bonus, 3 aylıq taksit imkanı və 70%-ə qədər endirim

Qarabağ FK
Bu gün, 16:00

“Sabah” çempionluq uğrunda favoritdir: 68 faiz şansla liderlik qoruyur

Futbol
Bu gün, 15:59

Modriç İbrahimoviçinin A Seriyasındakı rekordunu qırdı

Futbol
Bu gün, 15:57

“Qızıl top”un 70 illik mükafatı: Keyn favorit, Messi rekord üçün namizəddir - London mərasiminin icmalları

Futbol
Bu gün, 15:41

Napoli və Barcelona, İsveçli futbolçu Berghvall üçün transfer istəyir

Şahmat
Bu gün, 15:26

Kim Milyoner Olmaq İster? yarışmasında şahmat sualı səbəbindən iştirakçı 1 milyon lirəlik böyük uduş şansını itirdi

Futbol
Bu gün, 15:20

Barselona, 19 yaşlı yarımmüdafiəçi Mark Bernal ilə 2031-ə qədər yeni müqavilə bağladı

Güləş
Bu gün, 15:11

Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə sağ dizindən əməliyyat olunacaq

Futbol
Bu gün, 14:42

“Qızıl top”un təqdimetmə mərasimində Azərbaycan telekanalları yayım etməyəcək

Futbol
Bu gün, 14:40

Juventus xan Kabralı qış transfer pəncərəsində satmağı planlaşdırır

Futbol
Bu gün, 14:38

Famil Xəlilov: Azərbaycanın U-15 millisi qrupu ikinci pillədə başa vurmaq üçün İsraili məğlub etdi

Futbol
Bu gün, 14:27

Mançester Yunayted səkkizci rəqib Bornmuta 3:0 hesabı ilə məğlub oldu və 21-ci əsrin ən uzun qələbəsiz anti-rekordunu təkrarladı

Futbol
Bu gün, 14:27

Emil Bayramov: Liderliyimizi qorumaq üçün çalışırıq

Futbol
Bu gün, 14:12

“Qızıl top” namizəd Xviça Kvaratsxeliyanın əməliyyatı üçün Qətərə yollanması

Futbol
Bu gün, 14:00

Ramiz Məmmədov: Hakim qərarları matçın qırılma nöqtəsi oldu

Digər
Bu gün, 13:56

Müşfiq Səmədli: Dağlara marağın artması sevindiricidir, lakin bu sahədə nəzarət olmalıdır

Digər
Bu gün, 13:53

Azərbaycan Velosiped İdmanı Federasiyasının iclasında Bakı-Xankəndi yarışının nəticələri və inkişaf strategiyası müzakirə edildi

Futbol
Bu gün, 13:40

Qazalkent 80 yaşlı Rus futbol mütəxəssisi Hacı Hacıyevi işə qəbul edəcək

Güləş
Bu gün, 13:12

Sənan Süleymanov doqquz ildə ilk dünya çempionluğunu qazandı

Digər
Bu gün, 13:04

Azərbaycan karateçiləri Belçikada keçirilən Avropa çempionatında bir qızıl, bir gümüş və bir bürünc medal qazandı

Güləş
Bu gün, 12:42

Eldəniz Əzizli Astanada beşinci dəfə dünya çempionu olub

Oxşar xəbərlər