top
Ayxan Abbasov Şamaxıdakı gələcəyi ilə bağlı suallara cavab verib Idman.biz
10 may 2026, 22:21
- ↺ +

Ayxan Abbasov "Şamaxı"dakı gələcəyi ilə bağlı suallara cavab verib

Futbol üzrə Misli Premyer Liqasında çıxış edən "Şamaxı" komandasının baş məşqçisi Ayxan Abbasov 31-ci turun son oyununda "Neftçi" ilə qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis rəqibi qələbə münasibətilə təbrik edib və "Neftçi" üçün bu görüşün final xarakteri daşıdığını bildirib.
"Layiqli qələbə qazandılar. Bilirdik ki, onlar üçün final oyunudur. Keçən oyunda David Santosun zədələnməsi komandada ruh düşkünlüyü yaratdı. Ona Allahdan şəfa diləyirəm. Ağır zədə alıb", - deyə Abbasov söyləyib.
Baş məşqçi mövsümün son oyunlarını gözlədiklərini vurğulayıb:
"Son oyunları gözləyirik. Çempionatın elə yerindəyik ki, bəzi klublar üçün son matçlar formal xarakter daşıyır. Buna baxmayaraq, son ev oyunumuz olacaq. "Turan Tovuz"a qarşı oynayacağıq. Hazırlaşacağıq. Bu gün də bəzi oyunçuları meydanda gördük".
Baş məşqçi ardıcıl güclü rəqiblərlə oyunların komandaya təsir etdiyini bildirib. Onun sözlərinə görə, "Şamaxı" son iki matçda altı qol buraxsa da, bundan əvvəl az qol buraxan komandalar sırasında yer alırdı:
"Düzdür, iki oyuna altı top buraxdıq. Bundan əvvəl biz az qol buraxmağımıza görə dördüncü və ya beşinci yerdəydik. Təqvimimiz ağır idi. Çempionatı ümumi dəyərləndirəndə fikirləşirdik ki, son matçlar bizim üçün həlledici olsa, çox çətin olacaq. Avrokuboklara və çempionluğa oynayan rəqiblərlə qarşılaşdıq".
Abbasov futbolçuların yorulduğunu, zədələrin və mövsüm sonu amilinin komandaya təsir etdiyini söyləyib:
"Bu matçlardan əvvəl çempionatda vəziyyətimiz aydın idi. Futbolçular bir az yorulub. Çox gərgin keçdi, zədələr oldu. Görürsən ki, futbolçular tətili gözləyirlər. Bu da normaldır. Onlar da bizə mane olur. "Neftçi" də çox motivasiyalı idi. Hamısı səbəbdir. Futbolçularım ağır yolda canlarını qoydular. Klub olaraq onlardan razıyıq. Azarkeşlərimiz də gəlmişdi. Onları sevindirmək istəyirdik. Amma alınmadı".
Mütəxəssis "Şamaxı"dan ayrılması ilə bağlı sualı da cavablandırıb. Abbasov klubla mövsümün sonunda danışılacağını və komandada son iki oyununun qaldığını bildirib:
"Nəyə görə deyirdik ki, çempionatın sonunda... Çünki qışdan bu söhbət gedir, fikirlər var ki, yayda necə olacaq. Klubla danışmışıq, onların təhlilini etmişik, onlar bilir necə olacaq. "Şamaxı"da son iki oyunum qalıb. İstəyərdik ki, xallar qazanaraq ayrılaq".
Baş məşqçi "Şəfa"nı çalışdıracağı ilə bağlı iddiaları isə təkzib edib. O, hələ klublardan təklif almadığını və əsas diqqətini millidəki işə yönəldəcəyini deyib:
"Elə söhbət olmayıb. Yəqin ki, bir yerə köklənəcəyik. Millidə bizi ağır yol gözləyir. Tam olaraq o oyunlara hazırlaşacağıq. Klublardan hələ təklif olmayıb".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Oxşar xəbərlər