top
Ayxan Abbasov FIFA Series-2026 turniri və Millətlər Liqasına hazırlıqdan danışdı Idman.biz
17 mart 2026, 16:17
- +

Ayxan Abbasov "FIFA Series-2026" turniri və Millətlər Liqasına hazırlıqdan danışdı

"Bu turnir ikinci dəfədir ki, Azərbaycanda təşkil olunur. Hər bir oyun yoldaşlıq xarakteri daşıyır".

Bunu Azərbaycan millisinin və "Şamaxı" klubunun baş məşqçisi Ayxan Abbasov report.az-a müsahibəsində deyib.

Mütəxəssis ölkəmizdə keçiriləcək "FIFA Series–2026" turniri ilə bağlı fikirlərini bölüşüb. O, milliyə yeni futbolçuların dəvət olunacağını və Millət Liqasına ciddi şəkildə hazırlaşdıqlarını deyib.

Həmin müsahibəni təqdim edirik.

- Qarşıdan "FIFA Series–2026" turniri gəlir. Yarışla bağlı ümumi düşüncələriniz necədir?

- Bu turnir ikinci dəfədir ki, Azərbaycanda təşkil olunur. Hər bir oyun yoldaşlıq xarakteri daşıyır. Başqa-başqa qitələrdən olan komandalar bir-biri ilə üz-üzə gəlirlər. Bizim üçün də 2026-cı ildə ilk sınaq olacaq. Turnirə ciddi hazırlaşacağıq. Milli fasilə az-az olduğu üçün bu fasilədən maksimum istifadə etməyə çalışacağıq.

- Turnirdə millimizdən hansı nəticələri gözləmək olar?

- Əlbəttə ki, yalnız qələbə gözləyəcəyik. Çünki buradakı qarşılaşmalar reytinq xalları baxımından da vacibdir. İnanırıq ki, hər iki matçda qələbə bizim olacaq.

- Yaxın Şərqdə baş verən məlum hadisələrə görə Oman millisinin Bakıya gəlişi sual altındadır. Bu cür olarsa, başqa hansı yığmanın gəlişi gözlənilir?

- Mən də eşitmişəm ki, belə bir söhbət var. Amma hələ dəqiq heç nə yoxdur. Gəlməsələr, o zaman mövcud duruma baxılacaq. Hələ ki, bu barədə dəqiq informasiya yoxdur.

- "FIFA Series-2026" turniri daha çox heyəti yenidən formalaşdırmaq, yoxsa Millətlər Liqasına hazırlıq xarakteri daşıyır?

- İlk növbədə Millətlər Liqasına hazırlaşırıq, əsas hədəf budur. Misli Premyer Liqası yaxından izlənilir və formada olan futbolçular nəzarət altındadır. Yaxşı formada olan futbolçulara şans verməyi düşünürük. Heyətdə yeni adlar olacaq.

- Yığma dünya çempionatının seçmə mərhələsində buraxdığı hansı səhvləri təkrarlamamağa çalışacaq?

- Belə deyək, dünya çempionatının seçmə mərhələsində rəqiblərimiz tam başqa idi. Əslində, güclü rəqiblərə qarşı yaxsi mübarizə apardıq. Hərəsi ilə 2 dəfə olmaqla Fransa, Ukrayna və İslandiya kimi millilərlə qarşılaşdıq. Elə komandalara qarşı oynamaq çox çətindir. Həmin seçmə mərhələdə böyük təcrübə toplamışıq. Bu təcrübədən Millətlər Liqasında yaxşı mənada istifadə edəcəyik.

- Az əvvəl qeyd etdiniz ki, heyətdə yeni simalar görə biləcəyik. Bu barədə ətraflı danışa bilərsiniz?

- Sürpriz nəsə deyə bilmərəm. Amma yeni adlar olacaq. İstəyirik ki, yığmanın heyəti geniş olsun. Çünki heyət geniş olanda, rəqabət də çox olur və belədə daha yaxşı çıxışa şahidlik etmək olar.

- "FIFA Series-2026" turnirinin bir növ yoxlama oyunları xarakteri daşıdığını nəzərəö alsaq, bütün legionerlərə dəvət göndəriləcək?

- Legioner futbolçuların da durumu müzakirə olunur. Bizi qane edən futbolçu olsa, dəvət göndəriləcək.

- Yəqin ki, millinin əsas hücumçularından sayılan Nəriman Axundzadənin ABŞ-yə yeni getməsi nəzərə alınacaq...

- Nərimanın durumu fərqlidir. O, son 1 ayda klubsuz qaldı və fərdi məşqlər edirdi. Amerikaya yeni gedib və komandasının düşərgəsinə təzə qoşulub. İstəyirik ki, Nəriman orada daha da möhkəmlənsin. Komandanın düşərgəsində qalmaq daha məsləhətlidir. Lakin bildirməliyəm ki, o, yığmanın əsas futbolçularından biridir. Nəriman böyük potensiala malikdir. İnanıram ki, yay toplanışında və Millətlər Liqasında bizə lazımi formada kömək edəcək.

- Ötən gün U-20 millisinin yeni baş məşqçisi Ruy Jorjenin təqdimatı oldu. Onun gəlişi barədə nə deyə bilərsiniz?

- Onun gəlişinin səbəbi bəllidir. Ruy Jorje komandanı sırf U-20 dünya çempionatına hazırlayacaq. Böyük, məsuliyyətli iş üçün ölkəmizə gəlib. İnanırıq ki, onun rəhbərliyi ilə yığma yaxşı nəticələr əldə edəcək. Bizə isə ona ancaq uğurlar arzu etmək qalır.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:14

Babək Quliyev UEFA Konfrans Liqası matçına hakim-inspektor təyin edilib

Güləş
Bu gün, 10:59

Azərbaycan avarçəkənləri Gürcüstandakı turnirdə 18 medal qazanıb

Futbol
Bu gün, 10:42

Baku Sportinq Aşurov qardaşlarını heyətinə qatdı

Futbol
Bu gün, 10:40

Kabo-Verde milli futbolçusu Braziliya klubu ilə müqavilə bağlayıb

Futbol
Bu gün, 10:00

Şəhriyar Əliyev yeni klub axtarışlarını davam etdirir

Futbol
Bu gün, 09:40

Ayaks Markos Leonardonu transfer edir

Futbol
Bu gün, 09:20

PSJ Jion Sudzukini transfer erməyə hazırdı

Futbol
Bu gün, 09:13

Arsenal Morqan Rocers üçün transfer rekordunu qıra bilər

Futbol
Bu gün, 08:20

Harri Uinks "Kalyari"yə keçir

Futbol
Bu gün, 08:00

Latsio Ceyms Rodrigesi transfer etməyə maraqdar

Futbol
Bu gün, 07:26

Roy Kin Alfi Holanda cavab verdi

Futbol
Bu gün, 06:15

Folarin Baloqunun diskvalifikasiyası ləğv edilib

Futbol
Bu gün, 05:10

Fermin Lopes 2026/27 mövsümünün startına qədər sağalmağa bilər

Futbol
Bu gün, 04:25

Mançester Yunayted 100 milyonluq futbolçu ilə maraqlanır

Boks
Bu gün, 03:22

Peddi Pimblett Çarlz Oliveyra ilə mümkün döyüş barədə danışıb

Güləş
Bu gün, 02:15

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazanıb

Güləş
Bu gün, 01:25

Azərbaycanın gənc güləşçiləri Avropa çempionatında tarixi uğur qazanıb

Futbol
Bu gün, 01:07

Nəriman Axundzadə “Börnli” ilə oyunda start heyətində çıxacaq

Futbol
Bu gün, 00:58

Dünya çempionatının ən yaxşı oyunu seçilib

Futbol
Bu gün, 00:35

„Liverpul“un transfer hədəfləri: Mora, Kone və Həsən

Futbol
Bu gün, 00:19

Neftçi Sloveniyadakı təlim-məşq toplanışını sonlandırır

Futbol
Bu gün, 00:17

Roberto Baccionun İtaliya futboluna aid islahat layihəsi

Futbol
Dünən, 23:58

Dieqo Forlan Uruqvay U-20 millisinə baş məşqçi təyin olunacaq

Tennis
Dünən, 23:42

Yannik Sinner “Uimbldon”da ardıcıl ikinci dəfə çempion olub

Oxşar xəbərlər