top
Avropa mediası Liverpulun Qarabağ qorxusundan yazır Idman.biz
28 yanvar 2026, 11:27
- ↺ +

Avropa mediası "Liverpul"un "Qarabağ" qorxusundan yazır

UEFA Çempionlar Liqasının liqa mərhələsində son turun oyununda İngiltərənin "Liverpul" klubu doğma meydanda "Qarabağ" komandasını qəbul edəcək.

Bu qarşılaşma Avropa mediasında ən çox diqqət çəkən oyunlardan biridir. Səbəb isə sadədir – "Qarabağ". Hansı ki, 38 dəfə Portuqaliya çempionu olmuş "Benfika" kimi güclü komandaya qələbə çalıb, İngiltərə nəhəngi "Çelsi"dən xal qoparıb, hakim səhvlərinə baxmayaraq "Ayntraxt"ı son saniyələrdə vurduğu qolla çökdürüb.

"Liverpul"da isə vəziyyət o qədər də yaxşı deyil. Komanda qarşılaşmaya Premyer Liqada "Bornmut"a 2:3 hesablı məğlubiyyətdən sonra çıxacaq. "Liverpul" Çempionlar Liqasında "Marsel" üzərində 3:0 hesablı səfər qələbəsi qazanaraq ilk səkkizliyə düşmək yolunda böyük üstünlük əldə etmişdi. "Qarabağ"la qarşılaşma da böyük əhəmiyyət daşıyır. Çünki qələbə İngiltərə klubuna ilk səkkizliyə düşməyi təmin edə bilər. Heç-heçə isə "Liverpul"u digər oyunların nəticələrindən asılı vəziyyətə salacaq.

Amma komandanın bu yolda çətinliyi var - müdafiə və hücumdakı zədələr: Co Qomez, Konor Bredli, Covanni Leoni, Federiko Kyeza, Aleksander İsak. Və İbrahima Konatenin ailəvi məsələlərə komandadan uzaq qalması.

"Qarabağ" isə bu mövsüm Çempionlar Liqasında sadəcə iştirakçı rolunda deyil. Ağdam təmsilçisi turnir cədvəlində 18-ci pillədə yer alır və müsbət nəticə əldə edəcəyi təqdirdə pley-off mərhələsinə yüksələ bilər ki, bu da klub tarixində möhtəşəm uğur sayılacaq. Komandamız "Ayntraxt" üzərində son dəqiqə qələbəsi ilə bu iddiasını qoruyub.

Qurban Qurbanov ölkə çempionatında "Kəpəz"ə qarşı son oyunda komandanın əsas heyətinin gücünü qorudu və mümkün zədədən yayındırdı. "Ayntraxt"a qarşı oynayan heyət oyunçularından sadəcə beş nəfər əvəzetmə ilə meydana daxil oldu. 62-ci dəqiqədə Elvin Cəfərquliyev, Marko Yankoviç, Leandro Andrade və Kamilo Duran meydana daxil olub, 82-ci dəqiqədə isə Pedro Bikalyo Addaini əvəzləyib.

Komandada zədəli oyunçu yoxdur. "Kəpəz"lə oyunda Bədavi Hüseynov zədələnsə də, sonradan klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev İdman.Biz-ə açıqlamasında Bədavi ilə bağlı ciddi problemin olmadığını, həkimlərin hər şeyin qaydasında olduğunu deyib.

Bugünlərdə Avropa mediası "Qarabağ"ın kolumbiyalı hücumçusu Kamilo Duranın son turda vurduğu iki qola da diqqət yönəldir və "Liverpul"un yuxarıda qeyd etdiyimiz zədəli hücumçuları səbəbindən əziyyət çəkəcəyini yazırlar.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında "Liverpul" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 23:59-da keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Oxşar xəbərlər