top
AVRO-2024: İngiltərə Premyer Liqadan 96 futbolçu 21 yığmada - FOTO İdman.biz
13 iyun 2024, 21:46
- +

AVRO-2024: İngiltərə Premyer Liqadan 96 futbolçu 21 yığmada - FOTO

Sabah Almaniyada futbol üzrə 17-ci Avropa çempionatı start götürəcək. Qitənin 24 yığması kuboku qazanmaq uğrunda yarışacaq.

İdman.biz çempionatın işitrakçıları ilə bağlı bəzi rəqəmləri təqdim edir.

"Mançester Siti" və "İnter" ən çox futbolçu ilə

AVRO-2024-də 218 klubun üzvləri forma geyinmək şansı qazanıb. Ötən il Çempionlar Liqasının finalında qarşılaşan "Mançester Siti" və "İnter" siyahıya liderlik edirlər. Bu komandaların 13 oyunçusu Almaniyada meydana çıxmaq şansı qazanıb. Növbəti iki pillədə 12 futbolçu ilə Madrid "Real"ı və PSJ yer alıb. Almaniya təmsilçiləri "Bavariya" və "Leypsiq", eləcə də "Barselona"da bu rəqəm 11-ə bərabər olacaq.

"Mançester Siti", "İnter" – 13 futbolçu
"Real", PSJ – 12
"Bavariya", "Leypsiq", "Barselona" – 11
"Bayer L", "Arsenal" – 10
"Slaviya", "Roma", "Liverpul", "Yuventus", "Bolonya" – 9
"Milan", "Mançester Yunayted" – 8
"Şaxtyor", "Feyenoord", "Fənərbaxça", "Brentford", "Borussiya D", "Atletiko" – 7

Premyer Liqa və A Seriyası lider mövqeyində

Premyer Liqada çıxış edən futbolçular Avropa çempionatında çoxluq təşkil edəcək. Dünyanın ən yaxşı çempionatından 96 oyunçu AVRO-2024-də yollanıb. Aşağı liqaları da nəzərə alsaq İngiltərədən oynayan 114 futbolçu Almaniyada təmsil olunmaq hüququ əldə edib.

A Seriyasında çıxış edən 91 futbolçu Almaniyanın yaşıl meydanlarında top qovacaqlar. Ümumilikdə isə bu rəqəm 104 olacaq.
Almaniya Bundesliqası 75, İspaniya La Liqası 56, Fransa Liqa 1 isə 29 oyunçu ilə qitə birinciliyində təmsil olunacaq.

Azarkeşlərimizin yaxından izlədiyi Türkiyə Super Liqasında oynayan 24 futbolçu Avropanın ən nüfuzlu futbol turnirinə meydana çıxa bilər.

İngiltərə Premyer Liqası – 96 futbolçu
İtaliya A Seriyası – 91
Almaniya Bundesliqası – 75
İspaniya La Liqası – 56
Fransa Liqa 1 – 29
Türkiyə Super Liqasında – 24
Çexiya Liqa 1 – 21
İngiltərə Çempionşip – 18
Ukrayna Premyer Liqası, Niderland Erediviziyası, Avstriya Bundesliqası – 15
Səudiyyə Pro Liqası – 14
İtaliya B Seriyası – 13

Premyer Liqa 21 yığmanı təchiz edəcək

İngiltərə Premyer Liqasında oynayan futbolçular AVRO-2024-də çıxış edəcək 24 yığmadan 21-nə dəvət alıblar. İngiltərə millisi 24 oyunçunu daxili çempionatdan seçib. Portuqaliya 10, Danimarka isə 9 üzvünə "Dumanlı Albion"dan şans verib.

A Seriyasından AVRO-2024-ün final mərhələsində oynayacaq 91 futbolçudan 23-ü ölkə millisinə dəvət alıb. Albaniya və Polşa yığmaları İtaliya çempionatından 9 oyunçuya üstünlük veriblər.

İdman.biz

Rəylər (0)

Son xəbərlər

Futbol
Bu gün, 06:39

Olimpiadaçılarımızın bəziləri bu gün Parisə yollanıb

Digər
Bu gün, 06:20

Məryəm Şeyxəlizadəxangah: “Olimpiadanın başlamasını səbirsizliklə gözləyirəm”

Digər
Bu gün, 05:46

Paris-2024: Olimpiya komandamızın bir sıra idmançılarının yolasalma mərasimi keçirilib - FOTO

Digər
Bu gün, 05:27

Fərid Qayıbov: “İnanıram ki, idmançılarımız Paris-2024-də uğurlu çıxış edəcəklər”

Digər
Bu gün, 05:16

Azərbaycan idmançıları PARİS-2024-ə yola salındı-FOTO

Digər
Bu gün, 02:46

"Mançester Siti" Donnarumaya "elçi düşüb"

Futbol
Bu gün, 01:16

İtaliya - İspaniya yarımfinalı

Futbol
Bu gün, 00:34

Qriqorçukdan Bauer transferinə münasibət

Futbol
Dünən, 23:56

Moratanın əvəzinə Dovbik

Futbol
Dünən, 23:35

“Neftçi” mövsümlərarası fasilədə dördüncü transferini reallaşdırıb

Futbol
Dünən, 23:26

Almaniyalı futbolçu "Neftçi"də

Futbol
Dünən, 22:47

Sanenin yenidən İngiltərədə oynamaq şansı

Basketbol
Dünən, 22:11

Millimiz Ermənistanla oyununun vaxtı dəqiqləşib

Futbol
Dünən, 21:41

"Yuventus" Konseysao planı

Futbol
Dünən, 21:30

"Turan Tovuz" növbəti transferini reallaşdırıb

Güləş
Dünən, 20:34

Mariya Stadnik: "Yeni tarix yazacağıma ümid edirəm"

Tennis
Dünən, 20:16

Polşalı tennisçi Olimpiadadan kənarda

Futbol
Dünən, 19:49

Yığmanın müafiəçisi Tovuz”da

Futbol
Dünən, 19:28

"Liverpul" yapon futbolçu üçün hərəkətə keçib

Gimnastika
Dünən, 19:19

Altay Həsənov Paris-2024 Olimpiadasında iştirak edəcək gimnastlarla görüşüb

Güləş
Dünən, 19:00

Çimərlik güləşində 2 medal

Futbol
Dünən, 18:57

"Aston Villa"dan 59 milyonluq transfer

Futbol
Dünən, 18:35

UEFA-nın tələbinə “Sumqayıt” sabah nöqtə qoyur

Digər
Dünən, 18:21

Platinidən FİFA-ya tənqid: "Futbol Olimpiya idman növü deyil"

Oxşar xəbərlər