"Atletiko"nun futbolçusu Anxel Korrea ağır cəza ala bilər. Sport24.az xəbər verir ki, o, La Liqada "Xetafe" ilə səfər matçında qırmızı vərəqə alaraq, meydanı tərk edib.
O, oyundan çıxan zaman matçın baş hakimini təhqir edib.
Korrea bu davranışına görə 12 oyunluq diskvalifikasiya oluna bilər.
Argentinalı hücumçu bu mövsüm çempionatda 25 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.