top
Vaqif Cavadov: "Az danışıb, çox iş görməliyik" Sport24.az
Bu gün, 19:30
- +

Vaqif Cavadov: "Az danışıb, çox iş görməliyik"

Misli Premyer Liqasının XXVI turunun "Sumqayıt" - "Kəpəz" oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... 

 

- Çətin vəziyyətdə idik. Bugünkü oyun vacib idi. Uşaqlar gözəl oyunla qələbə qazandı. Azər Bağırov yaxşı komanda formalaşdırıb. Onlara uğurlar arzu edirəm.

 

- Son bir həftədə nəsə dəyişdi?

- Az danışıram (gülür). 

 

- "İstefa buludları" dağıldı?

- Gənc məşqçiyəm. Komandanı çətin durumda götürdüm. Əsas olan kollektivin birliyidir. Psixoloji cəhətdəm hazır olmaq vacib idi. Bu gün qələbə qazandıq, indi növbəti oyuna hazırlaşacağıq.

 

- Son bir həftədə futbol ictimaiyyəti sizi istefaya hazırlamışdı. Özünüzü necə köklədiniz?

- Əsas olan inamdır. Rəhbərlik və komanda mənə inandı. Mətbuat da dərk etməlidir ki, gəncəm və belə situasiyalardan çıxmaq vacibdir. Məşqçi kimi enişi də, yüksəlişi də bacarmalısan. Vacib üç xal qazandıq. Az danışıb, çox iş görməliyik.

 

- Tez-tez "az danışmaq" məsələsinə toxunursuz. Bu, sizinçün təcrübə oldu? 

- Hər zaman mətbuata açıq olmuşam. Nə sual versəniz, cavab verməliyəm. Komanda üçün əlimdən gələni edir, gecə-gündüz çalışıram. Bəzi məqamlar var ki, onları keçməliyik. Futbolçulara təşəkkür edirəm. Uzun müddət qol vurmamaq məşqçi, futbolçu üçün təzyiqdir. Buna dözmək güclü olanlara xasdır. 

 

- Qələbə qazansanız da, çoxlu qol imkanlarını qaçırdınız. Bu, narahat etmir?

- Yaratdığımız qol imkanlarının bəzilərini dəyərləndirdik. Bu gün qol vurmaq üçün hər şeyi etdi.

 

- Yeni oyunçuların uyğunlaşdığı hiss edilir... 

- Yenədə vaxt lazımdır. 

 

- Müdafiədən çıxanda sanki çox top itirirsiniz. Bu, nə ilə bağlıdır? 

- Psixologiya ilə bağlıdır. Komandada səhv etmək qorxusu var idi. Vəziyyəti dərk edirdik. Bugünkü oyun situasiyadan çıxmaq üçün önəmli olacaq. 

 

Nuh Tarverdiyev

Rəylər (0)

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:33

Azərbaycan güləşçisi fransalı rəqibini məğlub edərək Avropa çempionatının qalibi olub

Futbol
Bu gün, 22:26

"Sumqayıt"ın 3 qollu qələbəsindən - Video

Futbol
Bu gün, 22:25

Samir Abasov: "Turan Tovuz" azlıqda qalmamışdan qabaq daha yaxşı oynayırdıq"

Futbol
Bu gün, 22:13

Samir Abasov: "Kameranı söndürün, xanımlar çıxsın, mən danışım"

Futbol
Bu gün, 22:07

Çempionlar Liqası: "Barselona" - "Benfika" oyunu 1 dəqiqəlik sükutla başlayacaq

Futbol
Bu gün, 21:57

Kriştiano Ronaldo afrikalı futbolçunun başına bəla olub

Futbol
Bu gün, 21:56

Kurban Berdıyev: "Turan Tovuz" futbolçuları Emmanuel Hakmana görə mübarizə apardılar"

Futbol
Bu gün, 21:50

Kurban Berdıyev: "Bütün komanda bu qələbəni haqq edirdi"

Digər
Bu gün, 21:40

Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib

Futbol
Bu gün, 21:28

"Turan Tovuz" 10 nəfərlə "Neftçi" ilə bərabərə qaldı

Futbol
Bu gün, 21:27

AFFA Lənkıranda turnir keçirəcək

Futbol
Bu gün, 21:24

Premyer Liqanın XXVI turunda "Neftçi" "Turan Tovuz"la bərabərə qalıb

Futbol
Bu gün, 21:15

"Neftçi" hesabı açdı

Basketbol
Bu gün, 20:58

Yeniyetmə basketbolçular mübarizəyə başlayır

Futbol
Bu gün, 20:51

"Neftçi" rəsmisi Emin Mahmudova xatirə hədiyyəsi bağışlayıb

Futbol
Bu gün, 20:36

"Liverpul"un niderlandlı futbolçusu komandanın sıralarına qayıdıb

Futbol
Bu gün, 20:28

Klopp "Enfild"ə qayıdacağı vaxtı açıqladı

Futbol
Bu gün, 19:59

"Bayer"in ulduzu "Bavariya" ilə oyunu buraxacaq

Futbol
Bu gün, 19:39

Vaqif Cavadov: "Futbolçular dərk edirdilər ki, "Kəpəz"lə oyunda qələbə qazanmaq çox vacibdir"

Digər
Bu gün, 19:30

Mourinyo "Fənərbaxça"nın oyunçularının yarısını göndərəcək

Futbol
Bu gün, 19:29

Ter Ştegen bəyanat yaydı

Futbol
Bu gün, 19:28

"Kəpəz"in baş məşqçisi: "Komandanın içərisində problem var"

Futbol
Bu gün, 19:17

Azər Bağırov: "Komanda daxilində problem var, onu tapacam"

Oxşar xəbərlər