top
Aslan Kərimov: “Bu, “Sumqayıt”ın oyununa kölgə salmalı deyil” İdman.biz
29 aprel 2024, 12:38
- ↺ +

Aslan Kərimov: “Bu, “Sumqayıt”ın oyununa kölgə salmalı deyil”

"Sabah" - "Səbail" qarşılaşmasının gərgin keçəcəyi bilinirdi. Çünki hər 2 komanda Avropa Liqalarına çıxmağın sərhəddində idi".

Bunu İdman.biz saytına müsahibəsində veteran futbolçu Aslan Kərimov deyib.

Azərbaycan Premyer Liqasında XXXII turu dəyərləndirən təcrübəli mütəxəssis bildirib ki, açılış matçında "Sabah"la "Səbail" (2:0) gözlənilən futbolu nümayiş etdirib: "Ev sahibi ilk dəqiqələrdə üstünlüyü ələ keçirib daha çox hücumlar etməyə başladı. Hər 2 komanda açıq futbola üstünlük verirdi. "Səbail" nisbətən rəqibi arxada qarşılasa da, əks-hücumları çox təhlükəli alınırdı. Həlledici məqam "Sabah"ın oyunçularının keyfiyyəti oldu. Onlar cinahda asmaları və birə-birləri daha tez-tez edə bildilər və bu üstünlüyü qola çevirə bildilər. Hesab edirəm ki, haqlı olaraq "Sabah" bu matçda qalib gəldi".

Kərimov "Qəbələ" - "Kəpəz" (0:1) matçında da nəticəsinin qanunauyğun olduğunu deyib: "Bu matçda çox şey gözləmirdik. Meydan sahiblərinin gəncəlilərə çatması real görünmürdü. Qonaqlarda elitanı tərketmə qorxusu yox idi. "Qəbələ" kubokda məğlub olduğuna görə çox motivasiyasız idi. "Kəpəz" bir daha özünü sübut etdi ki, çempionatda qalmağa layiqdir. Son 2 ayda yaxşı oyunlarını nəzərə alsaq, onlar hər bir rəqibə qarşı mübarizə apara bilərlər".

51 yaxşı mütəxəssis "Neftçi" – "Turan Tovuz" (3:0) görüşündə qonaqlarının qırılma anını açıqlayıb: "Tovuzlular da "Səbail" kimi avrokuboka çıxmaq uğrunda mübarizə aparırdı. Düzdür, çempionat başlayanda belə məqsədləri yox idi. "Sabah", "Neftçi", və "Zirə" kimi komandalara qarşı əvvəlcədən çətin olacağı bilinirdi. Bu oyunda da "ağ-qaralar"ın futbolçularının ustalıq səviyyəsinin daha üstün olması görünürdü. Artıq 1-ci qoldan sonra qırmızı vərəqə də oyunun taleyini həll etdi. Azlıqda qalmasaydılar belə qalib gələcəyini düşünmürdüm. "Neftçi"yə qarşı oynayanda cüzi qol imkanı verirsənsə, məğlubiyyətə hazır olmalısan. Bu komandaya qarşı tam səhvsiz oynamalısan. Amma onlar bunu bacarmadılar".

Aslan Kərimov "Qarabağ"ın (0:1) ardıcıl 3-cü oyunda qələbə qazana bilməməsinin səbəblərinə də toxunub: "Oyunçular motivasiyasızdırlar. Sadəcə, bir qədər konsentrasiya pozuntuları olur. Məqsədlərinin öhdəsindən gələndən sonra oyunda 100 faiz gücünü ortaya qoymaq çətindir. İlk hissədə bəxtsizlik amili də var idi. Bir neçə topları dirəkdən döndü. Onlar qol olsaydı, fərqli nəticə də ola bilərdi. Bu, "Sumqayıt"ın möhtəşəm oyununa kölgə salmalı deyil. Çünki 2-ci hissədə onlar özlərində güc tapıb "Qarabağ"ı əks-hücumlarda yaxalayırdı və boşluqlardan istifadə edirdilər. Qol anı zamanı hücumda topu itirən "Qarabağ" futbolçuları yalnız onun ardınca baxırdılar. Bu da futbolçularda köklənmədə problemləri bir daha göstərir. Bu oyunda müdafiəçilər də özlərini yaxşı tərəfdən göstərə bilmədilər. "Sumqayıt" çox vacib qələbə qazandı. "Qarabağ" indikatordur. Onlardan xal almaq asan deyil. Bundan sonra həm "Neftçi", həm "Zirə", həm də "Sabah"la oyunları var. "Qarabağ"dan alınan xal və ya xallar qızıl sayılır. Bu, avroliqaya çıxmaq uğrunda böyük addımdır".

Qeyd edək ki, Azərbaycan çempionatının XXXII turuna bu gün keçiriləcək "Zirə" – "Araz Naxçıvan" matçı ilə yekun vurulacaq.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 14:20

Azərbaycan komandası Dakar Yüngül Olimpiada medal sıralamasında 12-ci yerə gerilədi

Futbol
Bu gün, 14:08

Emre Belözoğlu Fənərbağçada ulduz futbolçunun transferini planlaşdırır

Futbol
Bu gün, 14:01

Joan Qadu Real, PSG və Arsenal klublarının marağındadır

Futbol
Bu gün, 14:00

Mircavadov: Klublar yerli futbolçulara şans verməlidir

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Qarabağ FK
Bu gün, 13:32

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Oxşar xəbərlər