"Arsenal" "Valensiya"nın müdafiəçisi Kristian Moskeranın transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, 20 yaşlı ispaniyalı "Arsenal"a keçməyə hazırdır. Yaxın vaxtlarda tərəflər arasında danışıqların növbəti mərhələsi baş tutacaq. Bir müddət əvvəl mətbuatda Moskeranın PSJ-nin də maraq dairəsində olduğu ilə bağlı xəbərlər yayılmışdı.
Qeyd edək ki, müdafiəçi 2024/25 mövsümündə "Valensiya"nın heyətində bütün turnirlərdə 41 matça çıxıb və 1 qol vurub. Onun İspaniya klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.
"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 30 milyon avro qiymətləndirir.