"Latsio" klubu İtaliya diktatoru Benito Mussolininin nəticəsi olan müdafiəçi Romano Floriani Mussolini ilə müqavilə bağlayıb.
"Report"un yerli KİV-ə istinadən məlumatına görə, "Roma" akademiyasının yetirməsi olan 22 yaşlı futbolçu 2016-cı ildə "Latsio"ya qoşulub.
"Qartallar" onu sonradan "Peskara" və "Yuve Stabiya" klublarına icarəyə göndərib. Mussolini son mövsümdə 37 matçda forma geyinib.