"Mançester Siti"nin qapıçısı Ederson komandada oynamağa davam edəcəyini təsdiqləyib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, braziliyalı qeyd edib ki, onun haqqında yayılan xəbərlərin əksəriyyəti həqiqətə uyğun deyil.
"Gələcəyim buradadır. Dostlar mənə çoxlu xəbər göndərirlər, amma 99 faizi saxtadır. Adımın ətrafında çoxlu yalan məlumatlar dolaşır.
Mənim fikirlərim klubla bağlıdır. "Mançester Siti"də qalıram. Bu klub mənə Premyer Liqanı qazanmağa qayıtmaq və Çempionlar Liqasını yenidən qazanmağa çalışmaq üçün hər şeyi verir", - o deyib.
Ötən mövsüm braziliyalı qapıçı 37 oyunda 48 qol buraxıb, 12 oyunda qapısını toxunulmaz saxlayıb.