Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Karvan" daha bir futbolçunun durumuna aydınlıq gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, İbrahim Əliyev yeni mövsümdə də Yevlax təmsilçisinin formasını geyinəcək.
Yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanacaq.
Qeyd edək ki, futbolçu 2024/2025 mövsümündə "Karvan"la I Liqada bürünc medal qazanıb.