top
Arşavin: Qarabağ Enfilddə Liverpula qol vuracaq Idman.biz
28 yanvar 2026, 11:54
- ↺ +

Arşavin: "Qarabağ" "Enfild"də "Liverpul"a qol vuracaq

London "Arsenal"ının və Rusiya millisinin sabiq hücumçusu Andrey Arşavini, yəqin ki, İngiltərənin "Liverpul" klubuna "Enfild"də necə və neçə qol vurmağın mümkün olduğunu ən yaxşı bilən ekspert adlandırmaq olar.

Bir çoxları onun 21 aprel 2009-cu ildə İngiltərə Premyer Liqasının (İPL) 33-cü turu çərçivəsində "mersisaydlılar"ın qapısına vurduğu əfsanəvi pokeri (4:4) hələ də xatırlayır. Arşavin İPL tarixində "Enfild"də "Liverpul"a dörd qol vuran ilk səfər futbolçusu olub. Bu gün Ağdamın "Qarabağ" klubunu Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunda "Liverpul"a qarşı səfər oyunu gözlədiyini nəzərə alaraq, Arşavindən qarşıdakı matçda qol vurmaq üçün nələrin edilməli olduğunu soruşmaq məntiqli idi.

İdman.Biz-lə eksklüziv açıqlamasında "Liverpul"un qapısına vurulmuş əfsanəvi pokerin müəllifi qarşıdakı oyunla bağlı gözləntilərini bölüşüb və "Qarabağ"ın İngiltərədə necə çıxış etməli olduğundan danışıb.

"Qarabağ"ın Çempionlar Liqasındakı hazırkı çıxışı, şübhəsiz ki, həm klub, həm də ümumilikdə Azərbaycan futbolu üçün böyük uğurdur. Etiraf edim ki, mənim üçün, yəqin ki, bir çoxları kimi, komandanızın belə oyunu sürpriz oldu", – deyə Arşavin bildirib.

"Arsenal"ın sabiq futbolçusu Ağdam klubunun heyətində super futbolçuların çıxış etdiyini də istisna etməyib.

"Düzünü desəm, "Qarabağ"ın oyunlarını xüsusi olaraq izləmirəm. Yalnız "Ayntraxt"la oyunun son 15 dəqiqəsinə baxmışdım, həmin görüşdə komandanız dramatik qələbə qazandı. Bilirəm ki, əsasən legionerlər, braziliyalılar oynayır. Digər tərəfdən, ola bilsin ki, elə super futbolçular toplanıb ki, "Qarabağ" Çempionlar Liqasının səkkizliyinə düşə bilir. Sadəcə, adından başqa komandanı yaxından izləmirəm, yalnız Ağdam klubu ilə bağlı xəbərləri görəndə məlumatım olur. Axı ötən il də səs-küy yaratmışdı", - deyə Arşavin qeyd edib.

Qeyd etmək lazımdır ki, "Ayntraxt"la oyunun (3:2) sonunu izləyən rusiyalı futbolçu, yəqin ki, Ağdam təmsilçisinin Almaniya klubuna qarşı qalibiyyət qolunu azərbaycanlı müdafiəçi Bəhlul Mustafazadənin vurduğunu da görüb.

"Liverpul"un qapısına vurulan pokerin müəllifi həmçinin Qurban Qurbanovun komandasının "Enfild"də qol vurması üçün nələr etməli olduğunu də açıqlayıb.

"(gülür) "Qarabağ" sadəcə öz oyununu oynamalıdır. Əgər şans və bəxt onların tərəfində olsa, qol vurmaq mümkündür. Xüsusilə də nəzərə alsaq ki, "Liverpul" hazırda qeyri-sabit dövr yaşayır. Üstəlik, mən düşünürəm ki, "Qarabağ" mütləq qol vuracaq. Sual yalnız ondadır ki, bu xallar qazanmaq üçün kifayət edəcəkmi", - deyə Arşavin vurğulayıb.

Əlavə edək ki, Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turu çərçivəsində "Liverpul"la "Qarabağ" arasında keçiriləcək oyun bu gün "Enfild" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23:59-da start götürəcək. "Mersisaydlılar" 15 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıblar, Ağdam təmsilçisi isə 10 xalla 18-ci yerdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Oxşar xəbərlər