"Liverpul" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda sabah "Qalatasaray"ı qəbul edəcək. Sport24.az xəbər verir ki, İngiltərə klubu mərhələni keçə bilməzsə, baş məşqçi Arne Slotla yollar ayrılacaq.
Bu barədə Britaniya mətbuatı məlumat yayıb.
"Liverpul" ilk oyunda 0:1 hesabıyla uduzub. "Qırmızılar" mərhələ adlamaq üçün azı iki top fərqiylə qalib gəlməlidir.
"Liverpul" – "Qalatasaray" oyununa saat 00:00-da start veriləcək.