"Liverpul"un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu – "Qalatasaray"la matç barədə danışıb.
İdman.Biz bildirir ki, Türkiyə komandası ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.
"Müsbət cəhət odur ki, azarkeşlərimizin dəstəyi ilə nəhayət ki, onları öz meydanımızda oynayacağıq. Tarixən və bu mövsüm də evdə səfərdə olduğundan daha yaxşı oynadığımızı göstərdik. Evdə "Real Madrid" və "Atletiko Madrid"i əsas mərhələdə məğlub etdik. Hər şeyin ötən dəfəki kimi "Qalatasaray"ın yox, bizim xeyrimizə getməsi üçün çox çalışırıq.
İlk oyunda şanslarımız oldu, amma onlardan yararlana bilmədik. Bunun bir hissəsi "Qalatasaray"a aiddir. Onların enerjisi çoxdur, sözün əsl mənasında topa atılırlar. Onların güclü xarakteri və güclü müdafiəçiləri var", - deyə məşqçi UEFA-nın rəsmi saytında bildirib.