top
Arif Əsədovdan Misli Premyer Liqası 28-ci tur oyunlarına dair geniş analiz Idman.biz
17 aprel 2026, 16:57
- ↺ +

Arif Əsədovdan Misli Premyer Liqası 28-ci tur oyunlarına dair geniş analiz

"Gözlənilməz nəticələr ola bilər".

Bu sözləri Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis Misli Premyer Liqasının 28-ci turunda keçiriləcək oyunlarla bağlı fikirlərini bölüşüb.

"Araz-Naxçıvan" - "Turan Tovuz" qarşılaşmasında hər iki komanda avrokuboklar uğrunda mübarizə aparır. Bu baxımdan "Turan"ın üçüncü yer uğrunda şansı daha yüksək görünür və qazanılacaq qələbə onları məqsədə xeyli yaxınlaşdıra bilər. "Araz" isə hər xal itkisində bu zonadan bir qədər də uzaqlaşır. Komanda bu dəfə evdə oynayır və şübhəsiz ki, qələbə qazanmağa çalışacaq. Oyunun maraqlı keçəcəyini düşünürəm, lakin ümumi güc balansını nəzərə alsaq, heç-heçə ehtimalı daha real görünür.

"Zirə" - "Neftçi" qarşılaşması da turun ən maraqlı oyunlarından biridir. Bu, prinsipial matçdır və komandalar həm turnir cədvəli, həm də xal baxımından yaxındırlar. Bu oyunu "altı xallıq qarşılaşma" kimi qiymətləndirmək olar. Proqnoz vermək çətin olsa da, burada da heç-heçə ehtimalı az deyil.

"Karvan-Yevlax" - "Şamaxı" oyununa gəldikdə, "Karvan"ın ötən tur "Kəpəz" üzərində qazandığı qələbə komandada özünəinam yaradıb. "Şamaxı" isə ciddi təzyiq altında olmadığı üçün oyuna daha rahat çıxacaq. Bu səbəbdən kağız üzərində "Şamaxı" bir qədər üstün görünür. Lakin "Karvan"ın son oyundakı performansını nəzərə alsaq, onların qələbəsi də istisna deyil", - deyə o, offsideplus.az-a açıqlamasında söyləyib.

Əsədovun sözlərinə görə, "Qarabağ" - "Sabah" matçı turun ən maraqla gözlənilən qarşılaşmasıdır:

"Çempionluq mübarizəsi baxımından bu oyun həlledici ola bilər. Əgər komanda bu matçda üç xal qazansa, demək olar ki, çempionluğu təmin edəcək. Buna görə də "Qarabağ" maksimum nəticə əldə etməyə çalışacaq. Oyunun nəticəsini proqnozlaşdırmaq çətindir, lakin gərgin və maraqlı keçəcəyi gözlənilir.

"Kəpəz" – "İmişli" qarşılaşmasında isə tərəflər demək olar ki, bərabər gücdədir. Hər iki komanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. "Kəpəz" son turda məğlub olduqdan sonra azarkeşlər qarşısında bunu kompensasiya etmək üçün qələbəyə köklənəcək. Bu baxımdan onların şansı bir qədər yüksək qiymətləndirilə bilər. Amma "İmişli"nin də sürpriz etmək potensialı var.

"Qəbələ" son məğlubiyyətdən sonra təhlükəli zonaya yaxınlaşıb. "Sumqayıt" isə böyük ölçüdə liqada qalmağı təmin edib. Ev sahibi son turlarda qələbə qazana bilmədiyi üçün bu oyunda qalib gəlməyə çalışacaq. Bu amil onların şansını bir qədər artırır. Lakin "Qəbələ"nin də sürpriz etmək ehtimalı var və ümumilikdə bərabərsəviyyəli oyun gözlənilir".

Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Bu gün, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Bu gün, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Bu gün, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Bu gün, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Bu gün, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Bu gün, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Oxşar xəbərlər