top
Arif Əsədov: Nəticə elə oldu ki, hər iki komanda 2 xal itirdi Sport24.az
21 yanvar 2025, 17:00
- ↺ +

Arif Əsədov: "Nəticə elə oldu ki, hər iki komanda 2 xal itirdi"

"Fasilədən sonra ilk oyunlar komandaların mövsümün ikinci yarısına necə hazırlaşdığını göstərəcəkdi. Yeni transferləri də izləmək maraqlı idi". Bu sözləri Sport24.az-a açıqlamasında millinin sabiq məşqçisi Arif Əsədov deyib.

 

Təcrübəli mütəxəssis 19-cü oyun həftəsi çərçivəsində baş tutan görüşlər barədə fikirlərini bölüşüb:


"Sürpriz nəticə "Kəpəz" - "Turan Tovuz" oyununda oldu. Hesabın böyük bəlkə də bir çoxları üçün gözlənilməz idi. Bu oyunadək "Turan Tovuz" bu qədər qol görməmişdi. Nominal qonaqlar matça ciddi itkilərlə çıxmışdı. Ancaq bu heç də "Kəpəz"in qələbəsinə kölgə salmır.

"Səbail" xeyli vaxt idi ki,  "Sumqayıt" üzərində qələbə qazana bilmirdi. Şənbə günü "dənizçilər" həm yaxşı oynadılar, həm də layiqli 3 xal qazandılar. "Sumqayıt" bu matçda zəif təsir bağışladı. Həm "Zirə", həm də "Araz Naxçıvan" yüksək yerlər uğrunda mübarizə aparırlar. 6 xallıq oyun idi. "Zirə"yə mütləq qələbə lazım idi ki, avrokubok zonasından uzaqlaşmasın. Qələbəyə layiq idilər. "Araz Naxçıvan" zəif çıxış etdi.

 

Əsədovun turun digər oyunları barədə fikirləri isə belə olub: 

 

"Qarabağ" - "Şamaxı" oyununda favorit Ağdam təmsilçisi idi. Amma "Şamaxı" da layiqli mübarizə apardı. "Neftçi" - "Sabah" görüşündə hər iki komandaya 3 xal vacib idi. "Sabah" qalib gəlib lider qrupuna yaxınlaşmaq istəyirdi. Nəticə elə oldu ki, hər iki komanda 2 xal itirdi".

Qeyd edək ki, Misli Premyer Liqasında XIX tura yekun vurulub. Lider "Qarabağ" növbəti qələbəsini qazandı, "Turan Tovuz" isə gözlənilmədən "Kəpəz"ə məğlub oldu. "Səbail" Cavid Hüseynovun rəhbərliyi altında ilk qələbəsini əldə etdi. "Neftçi" "Sabah"la heç-heçəyə razılaşdı, "Zirə" isə "Araz-Naxçıvan"ı minimal hesabla üstələyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:13

Martinez çənəsi yaralanmanın ardından Argentina milli komandasında geri dönə bilər

Futbol
Bu gün, 09:00

Azərbaycan millisi bu gün Lixtenşteynlə üz-üzə gəlir

Futbol
Bu gün, 09:00

Azərbaycana qarşı Lixtenşteynlə UEFA Millətlər Liqası qarşılaşması

Futbol
Bu gün, 08:40

İngilis futbolçuları arasında ən yüksək maaş Ayven Toniya aiddir, Harri Keyn ikinci yerdə

Futbol
Bu gün, 08:20

Mauricio Pochettino Manchester United ilə iki il yarım müddətli müqavilə imzalayacaq

Futbol
Bu gün, 08:08

Virts: Klopp hər oyundan sonra mənə qısa mesajlar göndərir

Qarabağ FK
Bu gün, 08:00

Aleksey Kaşuk: Yarmolenko və Tsiqankovun məclisdə olmaması məni məyus edir, onlar mənim üçün nümunədirlər

Futbol
Bu gün, 07:14

Bellinqem İngiltərə millisində 6 asistlə Sterlinqin rekordunu təkrar etdi

Futbol
Bu gün, 06:13

Komo'nun idman direktoru Real Madridə qayıda biləcək oyunçularla bağlı açıqlama verdi

Futbol
Bu gün, 05:11

Real Madrid Santyaqo Bernabeu stadionunda FIFA nümayəndələri ilə görüş keçirdi

Futbol
Bu gün, 04:11

Manchester United-un Andersona təklifi istehza ilə qarşılandı

Futbol
Bu gün, 04:02

İspaniya millisi Çexiyanı məğlub edərək məğlubiyyətsizlik seriyasını 43 matça çatdırdı

Futbol
Bu gün, 03:12

Sergen Yalçın: “Belçikaya iki məşqlə çıxmağımız yetərli olmadı, daha çox hazırlıq vaxtına ehtiyacımız var”

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Oxşar xəbərlər